Seçiciləri ondan da yana narazıdırlar - VİDEO

24-10-2015, 11:28           
Seçiciləri ondan da yana narazıdırlar - VİDEO
9 saylı Binəqədi 2-ci seçki dairəsinin deputatı Rəfael Cəbrayılov artıq iki dəfə millət vəkili seçilib. O, deputat olduğu dövrdə bir sıra qanunların qəbul edilməsində təşəbbüsçü kimi çıxış edib. Lakin məsələ ondadır ki, onun təklif etdiyi qanunlar ancaq mürtəce xarakter kəsb edib. Həmçinin Rafael Cəbrayılov seçiciləri ilə təmaslardan qaçan deputatlardan biridir. Elə bu səbəbdəndir ki, onu yalnız seçki marafonu dövründə sakinlərin arasında görmək mümkündür. Bir müddət öncə apardığımız sorğu zamanı da bunların şahidi olmuşduq, seçiciləri Rafael Cəbrayılov haqda heç də müsbət fikirlər səsləndirməmişdilər. Qeyd edək ki, Rafael Cəbrayılov daha çox oliqarx kimi tanınır. Hətta zaman-zaman onu adı bir çox qalmaqallı biznes məslələrində hallanıb. Hazırda 9 saylı Binəqədi 2-ci seçki dairəsindən deputat olan millət vəkili bu dəfəki seçkilərə 46 saylı Şirvan şəhər seçki dairəsindən qatılacaq.
[media=https://www.youtube.com/watch?v=IVYsKdo0bQc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru