Xanım deputat şirniyyat biznesinə baxır – Qalmaqal

24-10-2015, 21:07           
Xanım deputat şirniyyat biznesinə baxır – Qalmaqal
16 saylı Yasamal Seçki Dairəsində mübarizə qızışır. TİA.AZ xəbər verir ki, deputatlığa namizəd Taleh Şahsuvarlı rəqibi Aytən Mustafayevaya yönəlik suallar ünvanlayıb.

O, “Facebook” səhifəsində yazıb: “Üç suala nə rəsmi, nə də ictimai formada aydınlıq gəlib. Odur ki, sualları daha konkret şəkildə bir daha səsləndirirəm:

Hörmətli Aytən xanım Mustafayeva

Azad Şirniyyat İstehsalat Birliyi adlanan və Bakı şəhərində 26 mağazası olan biznes qurumu ilə təsisçi, payçı, direktor və s. kimi hər hansı hüquqi bağınız varmı?
AMEA-nın İnsan hüquqları institutu hər hansı rəsmi müqavilə əsasında öz binasından, kommunal və kommunikasiya xidmətlərindən, rəsmi web səhifəsindən və e mail ünvanından istifadə etmək üçün Azad Şirniyyat İstehsalat Birliyinə imkan yaradıbmı?
Əgər belə bir hüquqi bağınız və icarə müqaviləniz yoxdursa, Azad Şirniyyat İstehsalat Birliyi hansı hüquqla dövlət büdcəsindən maliyyələşən elmi tədqiqat müəssisəsinin rekvizitlərindən istifadə edir və bunu aradan qaldırmaq üçün indiyə qədər niyə tədbir görməmisiniz?
Qeyd edək ki, bu dairədə A.Mustafayeva 16 saylı Yasamal ikinci seki dairəsindən namizəd jurnalist Taleh Şahsuvarlı həmin dairədən rəqibi olan Aytən İnqlab qızı Mustafayevanın namizədliyinin ləğv olunması üçün MSK sədri Məzahir Pənahova rəsmi məktubla müraciət edib. ununla bağlı MSK-ya yazdığı müraciətdə T.Şahsuvarlı Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları institutun institutun direktoru, deputat Aytən Mustafayevanı biznes strukturunu qeyri-qanuni olaraq rəhbərlik etdiyi dövlət müəssisəsinə yerləşdirməkdə ittiham edib.
“AMEA-nın İnsan hüquqları institutunu şirniyyat şirkətinə çevirən, bununla dövlət büdcəsindən elmin inkişafına ayrılan vəsaitdən sui-istifadə edən, "AR MM-nin deputatının statusu haqqında" qanunu pozan, nəticədə 16 saylı Yasamal II Seçki Dairəsindən qeydə alınmış namizəd olaraq maliyyə hesabatı şübhəli olan Aytən İnqlab qızı Mustafayevanın namizədliyinin ləğv olunması üçün MSK sədri Məzahir Pənahova rəsmi məktubla müraciət etdim.
Bu məsələnin diqqətdə saxlanılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Prezidentin köməkçisi Əli Həsənova, AMEA prezidenti Akif Əlizadəyə xüsusi məktublar ünvanladım”.
Konkret olaraq, Aytən Mustafayeva (dəqiqləşdirmə üçün baxılmalıdır: http://science.gov.az/institutes/764) AMEA-nın insan hüquqları institutunun AZ1073, Azərbaycan, Bakı şəhəri, H.Cavid pr., 115 ünvanından, (+994 12) 5372079 nömrəli faksından, (99 412) 537 20 80; 537 20 73 şəhərlərarası telefon xəttlərindən, o cümlədən www.ihr-az.org saytından, həmin saytda yaradımış e-mail ünvanından Azad Şirniyyat İstehsalat Birliyinin biznes maraqlarına uyğun istifadə edir. Bununla, həm deputat, həm institut direktoru, həm də 16 saylı Yasamal İkinci Seçki Dairəsindən qeydə alınmış namizəd olaraq qanunları pozur, dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradır, bu qnunsuz prosesdə birbaşa işltirak edir.
Aytən Mustafayevanın qanunlara aşkar hörmətsizlik kimi dəyərləndirdiyimiz bu fəaliyyəti Azad Şirniyyat İstehsalat Birliyinin rəsmi saytında (dəqiqləşdirmə üçün baxılmalıdır: www. azadsirniyyat.az/contact) öz əksini tapıb.
Bütün bunları nəzərə alaraq, Aytən Mustafayevanın 16 saylı Yasamal İkinci Seçki Dairəsində qeydə alınmış namizədliyinin ləğv edilməsi üçün AMEA-nın İnsan hüquqları instituna ayrılan vəsaitin Azad Şirniyyat İstehsalat Birliyinin biznes maraqlarına sərf olunmasının, bu cür qanunsuz fəaliyyətin DSK-ya təqdim olunan maliyyə hesabatında necə əks edilməsinin MSK tərəfindən araşdırılmasını xahiş edirəm”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.