Sahibkarların qənimi olan daha bir icra başçısının baş dərddə - Viadi İsayevdən şikayətlər araşdırılırd

26-10-2015, 16:32           
Sahibkarların qənimi olan daha bir icra başçısının baş dərddə - Viadi İsayevdən şikayətlər araşdırılırd
Parlament seçkilərindən dərhal sonra dövlət başçısının sahibkarların dəstəklənməsi ilə bağlı ortaya qoyduğu iradənin təcəssümü özünü daha da sərt şəkildə göstərəcək. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən kənd rayonlarında sahibkarlara qarşı amansız davranan, onlara qarşı hər zaman basqı tətbiq edərək «haqq» alan icra başçılarının da dosyeləri hazırlanır. Məlumatlara əsasən belə icra başçılarının sırasında ön yerlərdə olanlardan biri də Bərdənin icra başçısı Vidadi İsayevdir. İnformasiyalara əsasən Prezident Adminstrasiyasında artıq sahibkarları incidən, onlara yersiz təqzyiqlər edən və bununla bağlı olaraq şikayətlər olan başçılar işlərindən azad ediləcəklər.

Məlumata əsasən Vidadi İsayev rayonda açıq şəkildə qəssablardan tutmuş, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə, hətta kiçik dükan sahibi olan ticarətçilərə belə «haqq» qoymasına dair informasiyalar çox yayılıb. Konkret şikayətlər, mətbuat və poçt vasitəsilə əlaqədar yüksək qurumların diqqətinə çatdırılıb. Artıq kurasiya üzrə icra başçılarının sahibkarlara etdikləri təzyiqlər üzrə «reytinq sıralamasının» hazır olduğu da söylənilir. Rayonlar üzrə cavabdeh kuratorlara seçkilərdən dərhal sonra sahibkarlara edilən tiəzyiqlərlə bağlı xronoloji və statistik bilgilərə dair dosyenin hazırlanması tapşırılıq.

GUNDEMİNFO.AZ-a danışan mənbə iddia edir ki, Bərdənin icra başçısı təkcə sahibkarlara təzyiqləri mütəmadi etməsinə görə deyil, həmçinin də dövlət büdcəsi xətti ilə bir sıra qrant layihələrinin, o cümlədən də təmir-tikinti üçün vəsaitlərin istifadəsi də yoxlanacaq. Artıq Hesablama Palatasında Bərdə Rayon İcra Hakimiyyətində cari ilin 9 aylıq yekunlarına dair büdcə vəsaitlərinin istifadəsi üzrə auditə başlamaq qararı verdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.