Deputata şok ittihamlar - Sənəd və rəqəmli korrupsiya
26-10-2015, 16:34
Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri, iqtisad elmləri doktoru Bədirxan Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Baş prokuror cənab Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, Təhsil naziri cənab Mikayıl Cabbarova, İqtisad Universitetinin rektoru professor Ədalət Muradova, MSK sədri Məzahir Pənahova müraciət edib
teref.az Mia.az-a daxil olan müraciətin surətini qısa ixtisarla təqdim edir:
"Hörmətli cənab Prezident!
Konstitutsiyaya əməl olunsa, qanunlar işləsə, təhsil və məhkəmə sistemi alverxana mərkəzinə çevrilməsə, baş prokuror və ədıiyyə nazirləri yerində olsa, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev indi nəniki seçkiyə qatıla bilərdi, tam əksinə, o, çoxdan həbs olunardı. Bəli, Şəmsəddin Hacıyev pulunun gücünə arxalanaraq, yuxarı orqan rəhbərlərini də saymır. Hansı ki, 2011-ci ilin noyabr ayınadək Ş.Hacıyevin müşaviri olduğumdan onun rektorluğu dövründə inkar olunmaz faktlar (sənədlər) əsasında 650-700 milyon manat rüşvət əldə etməsi təkzibolunmazdl. Onu sağ əli olan, Magistratura Mərkəzinin sabiq rəhbəri (Yeni rektor qovdu - B.M) Həsən İsrafilovun mənə dediyinə görə, Şəmsəddin 1-ci dəfə deputat olanda 3 milyon xərcləyib, ikinci deputat seçkisinə isə 6 milyon manat xərcləməyinə hazırdı...
Hörmətli cənab Prezident!
Sabiq rektor Ş.Hacıyev həmişə ulu öndər H.Əliyevin əlehdarı olubdur. H.Əliyevin qardaşı akademik Cəlal Əliyev Ş.Hacıyevi A. Mütəllimovun "skripka” çalanı, digər qardaşı professor Aqil Əliyev A.Aqanbekyana bağında 50 illik yubuley təşkil etdiyinə və H.Əliyevin əleyhinə Moskvaya 300-dən çox imzasız məktub yazmağa rəhbərlik etdiyinə görə təhsilmizin "zəhərli əqrəbi”, bacısı Şəfiqə xanım Əliyeva H.Əliyevi torpaq basdırıldığı günü bayram etdiyinə görə Ş.Hacıyevi "mənəvi terrorçu” adlandırmışlar. Bu cür adamdan millət vəkili olarmı?
Hörmətli cənab Prezident!
Sabiq rektor Ş.Hacıyev onun cinayətlərini ifşa etməyi dayandırmaq üçün mənim yanıma xeyli minnətçi göndərmişdir. Minnətçilərin birinci xahişi o oldu ki, "Ş.Hacıyevi yıxıb sürüyürsən, heç olmasa başını kəsmə”. Minnətçilərdən Həsən İsrafilov daha dərinə gedərək açdı qazanın qapağını və içində olanların hamısını danışdı. Həsən İsrafilov dedi: "Gülər Əhmədovanın deputat kimi həbs olunması bütün dünyada respublika üçün baş ağrısı oldu. Yuxarılar Ş.Hacıyevi həbs edib, ikinci baş ağrısı yaratmaq istəmirlər. Rektor vəzifəsindən azad etmələrinə baxmayaraq, Ş.Hacıyevə vəzifə verəcəklər, həttda deputatda seçdirəcəklər. Çünki deputat seçilməsə mütləq həbs olunmalıdır. Həbs olunması heç yuxarıların da mənafeyinə uyğun deyildir. Biz nəzərdə tutduğumuz variantlar alınarsa, sənin üçün bütün imkanlar yaradılacaqdır. İşə bərpa olunacaqsan, maddi və mənəvi zərərlərin ödəniləcəkdir".
Daha sonra H. İsrafilov dedi: "Ş.Hacıyev əvvəllər 3 milyon manat xərc çəkib deputat olmuşsa, bu xatadan qurtarmaq üçün indi 6 milyon xərc çəkməyə hazırdır. Mənim buna inanmamağa haqqım yoxdur. Çünki mənim hesablamama görə Ş.Hacıyev Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almış və təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni oğurlamışdır. Nəyə görə Ş.Hacıyevin fəaliyyəti yoxlanılıb həbs edilmir? Cavab, çünki qazandıqlarını yuxarılarla bölüşdürür! Bunlardan başqa dekanlar aşağıdakı cədvəldə göstərilən (hər semestrdə) məbləğdə Ş.Hacıyevi gəlirlərlə təmin edirdilər.
Ş.Hacıyevə 2005-2008-ci illərdə fakültələr üzrə verilən rüşvətin məbləği 8 milyon manat olmuşdursa, 2008-2012-ci illərdə 12 milyon manatdan çox olmuşdur. Dələduz Şəmsəddin Hacıyevlə bərabər dekanlar da vəzifələrindən azad olmuşlar. Bu ictimaiyyətin gözünə kül səpmək deməkdir.
Nə qəbulda, nə də semestr imtahanlarında imtahan verməyən götürmələrdən təşkil olunmuş qrupaların siyahısı.
Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi.
856a, 858a, 860a, 862a, 689a, 670a, 850a, 852a, 854a, 868a, 895a, 666a, 886a, 888a, 890a, 893a, 662a =17.
Maliyyə fakültəsi.
600a, 602a, 604a, 606a, 608a, 610a, 654a, 656a, 603a, 607a, 612a, 614a, 616a, 618a, 620a, 622a, 639a, 626a, 628a, 630a, 623a, 634a, 633a =23.
Kredit İqtisad fakültəsi.
656a, 658a, 660a, 652a,654a =5
İqtisadiyyat fakültəsi.
16a, 838q, 838a =3.
Qrupların 10%-i yoxlanarsa, Ş.Hacıyev tərəfindən milyard manatlarla rüşvətin alınması sübut olunacaqdır. Nəyə görə Ş.Hacıyev həbs olunmur?
Sabiq rektor Ş.Hacıyevin göstərişi ilə dekanlar müəllimlərə ağ vedamosta qol çəkdirib, onlara 150-200 manat rüşvət verməklə, Ş.Hacıyevə hər bir qrupdan 10-15 min manat rüşvət verirdilər. Həmin qruplarda mənim də imtahanım vardır. Mən ağ vedamosta (imtahan qəbul etmədən) imza etməkdən imtina etdim. Ş.Hacıyev Yalçın Hacızalova həmin qrupların ağ vedamostuna qol çəkdirib hər bir qrup üçün ona 200 manat rüşvət verirdi. Ş.Hacıyevlə birlikdə nəyə görə Y.Hacızalov da həbs olunmur? Çünki qazandıqlarını yuxarılarla bölüşdürür.
Onu da qeyd edim ki, sabiq rektor 2009-cu ildə iki fakültədə semestr imtahanlarına nəzarət komissiyasına sədr məni təyin etdi. Rüşvətə yox, xahişə olmaz, hədə-qorxuya sinə gərməyim nəticəsində 199 tələbənin mənimsəmə faizi sıfır oldu. Ş.Hacıyev məni nəzarətdən kənarlaşdıraraq, rüşvətin məbləğini 5-dəfə artırmaqla və bir həftə ərzində mənimsəməni 85-90%-ə çatdırdı. Bunun nəticəsində Ş.Hacıyev 1-2 milyon manat rüşvət əldə etmişdir. Ş.Hacıyev millətin gələcəyini məhv etdiyinə görəmi həbs olunmur?
Məlumatlarla tanış ola bilərsiniz:
Deputata şok ittihamlar -
Əmtəəşünaslıq, texnologiya və dizayn fakültələrinin I və II kurs qiyabi şöbə tələbələrinin imtahanlarının nəticələri:
Deputata şok ittihamlar -
Sabiq rektor İqtisad Universiteti kooperativini özəlləşdirməsi nəticəsində 10 milyon manat gəlir əldə etmişdir. Təkcə I mərtəbəni 4 milyona satır. Heç kəs onun öhdəsindən gələ bilmir.
Hörmətli cənab Prezident!
Bunlarla əlaqədar 4 ildir ki, Sizə 200 dəfədən çox, Baş prokurora, Təhsil və Ədliyyə nazirlərinə, "Ali Məhkəmənin sədrinə” İqtisad Universitetinin sabiq rektoru dələduz Ş.Hacıyevin inkar olunmaz ağır cinayətləri ilə əlaqədar məni qəbul etmək haqda saysız-hesabsız müraciətlərim cavabsız qalıbdır. Baş nazirin müavini Əli Əhmədov Ş.Hacıyevdən aldığı rüşvətə görə xəcalət çəkmir. Universitet kooperativində Əli Əhmədovun tələbə oğluna 4 otaqlı mənzil bağışladığına görə Əli Əhmədov əvvəllər Ş.Hacıyevi Səbail rayon YAP-na sədr seçdirmiş, indi millət vəkili seçdirmək üçün bütün vasitələrə əl atır.
Hörmətli cənab Prezident!
Sabiq rektor Ş.Hacıyev ulu öndər H.Əliyevi təhqir etmək və etdirməkdən, Universitetin 80 illik tarix kitabında, H.Əliyevin 7-8 yerdə, cənab Prezident Sizin isə 1-3 yerdə şəklinizi çap etdirməsinə baxmayaraq, özünün 147 yerdə şəklinin verməsinə hansı adı vermək olar?
Hörmətli cənab Prezident!
Sabiq rektor Ş.Hacıyev mətbəədə çap olunan kitabın hər bir nüsxəasinə 5 manat, kitabxanada qeydiyyata düşmək üçün hər bir tələbədən 2 manat, müəllim və tələbələrlə şərikli müəssisə işlətməsindən rəhbər vəzifədə işləyən qadınlara bayramlarda hər birinə 10 min manatlıq hədiyyə verirəm yayması və i.a. onun alçaqlıqlarını göstərmirmi? Belə şəxsdən millət vəkili olarmı?
Hörmətli cənab Prezident!
Yuxarıda sadalananlar ayzberqin görünən hissələridir. Görünməyən hissələrini məni qəbul etdikdə yalnız Sizə deyə bilərəm. Sabiq rektor Ş.Hacıyevi Milli Məclisə deputat seçdirməsinə icazə verilməsi respublika üçün ləkədir, deputat adını alçaldan və ona yaraşmayan və onu təhqir edən hadisədir. Qarşısının alınmasını xahiş edirəm".
Yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.