Qorxmaz Hüseynov vurulmuş kadrları yenidən vəzifəyə gətirməklə kimə meydan oxuyur?

28-10-2015, 10:57           
Qorxmaz Hüseynov vurulmuş kadrları yenidən vəzifəyə gətirməklə kimə meydan oxuyur?
Qafqaznews.az xəbər verir ki,Nizaməddin Rzayev 2005-ci ildən 2011-ci ilədək “Azərsu” SC-nin prezidenti postunu tutub. 14 fevral 2011-ci ildə isə Prezident İlham Əliyev onu vəzifəsindən azad etmişdir. Çünki, N.Rzayev vəzifədə olduğu müddətdə böyük səhvlərə yol vermişdir. Həmin vaxt qəzetlər və ekspertlər bildirirdilər ki, sabiq “Azərsu” sədri məhz ona qarşı korrupsiya şübhələrinin, ələlxüsus da 1 milyard manatdan baha başa gələn Oğuz-Qəbələ-Bakı su kəmərinin büdcə vəsaitlərini şübhəli xərcləməyə və nəticədə layihənin keyfiyyətli şəkildə başa çatdırılmamasına görə “vurulub”. Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı günü Respublika Prezidentini aldatmışdır. Oğuz-Qəbələ-Bakı su kəməri Bakıya çatmamış onun açılışı həyata keçmişdir.

Qafqaznews.az-ın məlumatına görə N.Rzayevin dövründə “Azərsu” SC-ində maaşlar 9 ay gecikmə ilə verilirdi, çunki, N.Rzayev o vaxtlar Yeni Yasamal deyilən ərazidə göydələnlərin tikintisi ilə məşğul olurdu. Lakin şirkətin yüzlərlə işçisi evlərinə çörək pulu apara bilmirdilər. Əslində Nizaməddin Rzayevlə bağlı iddialardakı bir başqa məqam da onun rəhbərliyi dövründə “Azərsu”da ciddi yeyintilərin baş verdiyinə dair uzun müddət ərzində müstəqil media və ekspertlərin yazdıqlarını, söylədiklərini təsdiqləyir. Bu da ondan ibarətdir ki, sabiq səhmdar cəmiyyət rəhbərinin yerli və xarici bir neçə bankda iri miqdarda vəsaitləri yatır; həmin vəsaitlər sözügedən banklara “Azərsu”nun sabiq rəhbərinə yaxın və qohum olan şəxslərin adına sənədləşdirib.

Bunun özü də adıçəkilən səhmdar cəmiyyətdə Nizaməddin Rzayevin rəhbərlik etdiyi dövrdə kifayət qədər qaranlıq maliyyə əməliyyatlarının aparıldığını təsdiqləyir, əks halda həmin vəsaitlərin qaynağı hara ola bilər? Bu bank hesabları iddiası eyni zamanda əminliklə belə bir iddiada bulunmağa da əsas verir ki, açıq səhmdar cəmiyyətdəki həmin şübhəli, qaranlıq maliyyə əməliyyatlarında birbaşa iştirak məhz qurumun o vaxtki sədrinə məxsusdur.

Nizaməddin Rzayev Azərsu” SC-ində işlədiyi dövürdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ona verdiyi səlahiyyətlərdən sui istifadə etmiş, o cümlədən də, dövlətin “Azərsu” – ya ayırdığı pulları mənimsəyərək, öz şəxsi mənafeyi üçün istifadə etmişdir. Görəsən, Prezidentin sərəncamı ilə işdən azad edilmiş şəxsi işə bərpa etməklə Qorxmaz Hüseynov kimə meydan oxumaq istəyir..?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.