Rafil Hüseynovun MTN generalı ilə əlaqələri üzə çıxıb - İDDİA

29-10-2015, 12:23           
Rafil Hüseynovun MTN generalı ilə əlaqələri üzə çıxıb - İDDİA
Dünən məlumat vermişdik ki, Masallının icra başçımı Rafil Hüseynovun oğlu MTN-də işləyir və baş verən son olaylardan dolayı qanı xeyli qaradır.

JAM.AZ-a verilən məlumatda vurğulanmışdı ki, oğul Hüseynovun MTN-də çalışdığı sahə birbaşa dövlətə xəyanətdə ittiham olunur.

Belə ki, general Teymur Quliyevin rəhbəri olduğu Montorinq Mərkəzində bölmə rəisi olduğu deyilən icra başçısının oğlu artıq sərəncama götürülüb. Rəisi isə hadisələrin ilk günü həbs olunub.

Amma Rafil Hüseynovun təkcə oğlu deyil, elə bacısı oğlu da bu nazirlikdə zabit olaraq işləyir.
Masallının icra başçısının başı bu səbəbdən iki istiqamətdə bəlaya düçar olub. Çünki bacısı oğlunun da durumu yaxşı deyil, onun həbs olunacağı və ya işdən çıxarılacağı naməlum olaraq qalır.


Rafil Hüseynovun oğlu və bacısı oğlunun MTN-də işə düzəlməsinin səbəbkarı təkcə bir neçə gün bundan əvvəl işdən çıxarılmış nazirliyin Masallı şöbəsinin sabiq rəisi olmayıb. Gələn məlumatlara görə, icra başçısı ilə dünən işdən çıxarılan, general, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevlə çox yaxşı münasibətləri olub.

Mənbə bildirir ki, töhmətlə işdən çıxarılan və yaxın günlərdə yəqin ki, rütbəsi əlindən alınacaq Şıxəliyevin fəaliyyətinin dərindən araşdırılacağı istisna edilmir. O zaman hansı problemlərin yarana biləcəyi isə kifayət qədər maraqlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.