81 saylı Beyləqan seçki dairəsində kobud pozuntu direktorlar təbliğata qoşulub

30-10-2015, 17:49           
81 saylı Beyləqan seçki dairəsində kobud pozuntu direktorlar təbliğata qoşulub
GUNDEMİNFO.AZ-ın redaksiyasına daxil olan məlumata əsasən bu gün Beyləqan rayonunda icra hakimiyyəti strukturlarının seçkiyə kobud müdaxiləsi faktı qeydə alınıb. İnformasiyaya əsasən rayonun bütün kənd orta məktəblərində valyideyn iclası çağırılıb. Rayon Təhsil Şöbəsinin göstərişi ilə bütün orta məktəb direktorları valideyn iclaslarında seçici siyahısında 5-ci adama Şahin İsmayılova səs verməyi tələb edib.

Şagirdlərin valideynləri deyir ki, məktəb direktorları seçkiyə gəlməyənlərlə bağlı sərt ölçü götürüləcək. İnformasiyalara görə, Şahin İsmayılovun xeyrinə təbliğat aparılması faktı ilə bağlı rəqibləri tərəfindən Dairə Seçki Komissiyasına şikayət hazırlanır. Məlumatla bağlı dəqiqləşmələr aparıldığından, detalları barədə bilgiləri bir qədər sonra təqdim edəcəyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru