Burada təhsilə ayrılan pullar mənimsənilib... - Daşkəsən təhsilinin qara günləri

1-11-2015, 14:07           
Burada təhsilə ayrılan pullar mənimsənilib... -  Daşkəsən təhsilinin qara günləri
Maliyyə Nazirliyinin müfəttişi İbad Aslanov Daşkəsən rayon Təhsil Şöbəsində yoxlama aparır. teref.az xəbər verir ki, nazirlik əməkdaşı RTŞ-də yeyinti faktları aşkarlayıb.

Vətəninfo.az yazıb ki, inventara ayrılmış pullar mənimsənilib. Məqalədə deyilir: “Bazarda notbukun birinin qiyməti 500 manat olduğu halda bu qiyməti 5 dəfə şişirdilərək 2500 manat, komputerin qiyməti 300 manat olduğu halda 1500 manat, voleybol topunun qiyməti 1 manat 50 qəpik olduğu halda 15 manat yazılıb və başqa saxtakarlıqlar edilib. Əlavə dərslər yazılaraq Təhsil Şöbəsinin müdiri tərəfindən dövlət büdcəsinə küllü miqdarda ziyan vurularaq pullar mənimsənilib.

“Ona görə bu rüşvətxorluğu, koorrupsiyanı ört basdır etmək üçün rayonun bütün müəllimləri 1 aylıq maaşlarını verməlidir. Ki, TŞ müdirini cinayət məsuliyyətinə cəlb etməsin. Verməyən işdən qovulacaq dərsləri kəsiləcək. Ona görə bütün müəllimlər qorxaraq 1 aylıq maaşlarını direktora veriblər .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru