Xaricdən qəpik quruşa daxil olmuş mallar bizə 10-20 qat bahasına necə satılır FOTO
1-11-2015, 17:11
Xarici ölkələrdən qəpik-quruşa alınan quru meyvələr Azərbaycan bazarında 10-40 dəfə baha satışa çıxarılır.
Bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.
V.Məhərrəmov ötən il ölkəyə gətirilən təzə və qurudulmuş meyvələrin idxal dəyərini təqdim edib:
Qabıqlı şabalıd - 37 qəpik
Qabığı təmizlənmiş badam - 35 qəpik
Qabığı təmizlənmiş qoz - 75 qəpik
Limon (qurudulmuş) - 30 qəpik
Laym - 23 qəpik
Ananas (təzə və ya qurudulmuş) - 23 qəpik
Qurudulmuş qara gavalı - 33 qəpik
Qurudulmuş üzüm - 37 qəpik
Qurudulmuş ərik - 31 qəpik
Portağal (təzə) - 24 qəpik
Təzə üzüm - 24 qəpik
Alma - 24 qəpik
Armud - 26 qəpik
Qabıqlı qoz - 49 qəpik
Qabıqlı püstə - 95 qəpik
Qabıqlı şabalıd - 37 qəpik
Hind qozu (quru) - 31 qəpik
Qabığı təmizlənmiş qoz - 75 qəpik
Qabığı təmizlənmiş badam - 35 qəpik
Keşyü fındığı (qabığı təmizlənmiş) -37 qəpik.
Qeyd edək ki, 1 kiloqram malın qiyməti dolların manata nisbətinə uyğun hesablanıb.
Virtualaz.org saytı hazırda ölkə bazarında satılan xaricdən gətirilmiş təzə və quru meyvələrin qiymətini xatırladır:
Yaşıl alma (təzə) - 2 manat
Qurudulmuş alma - 3 manat
Təmizlənmiş qoz - 16 manat
Təmizlənmiş badam - 15-17 manat
Qurudulmuş ananas - 5 manat
Üzüm - 2 manat
Kişmiş (qara) - 7-9 manat
Qabıqlı şabalıd - 4-7 manat
Təmizlənmiş fındıq - 11-13 manat
Armud - 4 manat
Qabıqlı badam - 17 manat
Keşyü fındığı (qabığı təmizlənmiş) - 9 manat.
Onu da qeyd edək ki, bu ilin fevralında Azərbaycan manatının üçdə bir hissəsinin devalvasiyası (məzənnə 1 dollar üçün 0,78 manatdan 1,05 manatadək düşüb) baş verəndən sonra təzə və quru meyvələr də bahalaşıb.
V.Məhərrəmov onu da xatırladır ki, ötən il 4,6 milyon ABŞ dolları dəyərində 6,3 milyon diri ev toyuqları idxal olunub: "Gətirilən toyuqların hər birinin dəyəri 74 sentə sənədləşdirilib. Yəni manatının devalvasiyasından əvvəl diri toyuq 58 qəpiyə qiymətləndirilib. Dondurulmuş toyuğun bir kiloqramı da 58 qəpik olub.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına istinadən təhlil aparanda maraqlı göstəricilər əldə etmişik. Ölkəyə gətirilən inəklər 30 manata rəsmiləşdirilib. Bu isə 4 kiloqram ətin qiyməti edir. Qoyun isə 10 manata imiş. Yəni 1 kiloqram qoyun ətinin qiymətinə rəsmiləşdirilib. Diri toyuqlar 58 qəpiyədir, bu isə 130 qram toyuq əti qiymətinədir. Bu məhsullar istehlakçılara dəyərindən 15-20 dəfə baha qiymətə satırlar".
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun təsdiqlənib. Bundan başqa, sahibkarlığın dəstəklənməsi məqsədilə bir neçə tədbirlər həyata keçirilib. Buna görə də qiymətlərin aşağı salınacağı gözlənilir.