“Karasu”da vəhhabiyə dəstək olan MTN şefinin qohumu kimdir? – ŞOK İTTİHAM
2-11-2015, 10:57
“Eldar Mahmudov vəhhabilərə “krışalıq” edib” yazısı çıxdıqdan sonra Fuad Ağayev adlı oxucumuz teref.az-ya qısa açıqlama verib.
Fuad bəy ki, burada adı keçən insanların heç biri ilə şəxsi ədavətim yoxdur, sadəcə onlarla bir şirkətdə çalışıram və olanları yazacam.
“Karasu” əməliyyat şirkətində işləyirəm, məsul vəzifələrdən birini tuturam. Çalışdığım şirkətin hazırda hüquqşünası vəzifəsində çalışan Əlisətdərdən gedəcək. Belə ki, bu şəxs MTN-nin keçmiş əməkdaşıdır. “Karasu” şirkətinin Bakı ofisində çalışır (“İSR Plaza” mehmanxanası 8 mərtəbə).
“Karasu” şirkətinin uzun illər mühafizə şöbəsinin rəisi kimi xidmət edib. Şirvan bölgəsində yaşayanlar, o cümlədən şirkət işçilərinin hər biri yaxşı bilir ki, Əlisətdar vəhhabi təriqətinə xidmət edir. Bundan əvvəl şirkətdə müqavilə əsasında çalışan bütün mühafizə sisteminin 100 faiz işçilərinin hamısı vəhhabilər, uzun saqqallılar idi. Çox saylı yazılarımızdan sonra həmin TİTAN şirkəti “Karasu” əməliyyat şirkətindən çıxarıldı.Yerini başqa şirkət – Yeni CESİCO şirkəti tutdu.
Fuad Ağayev sonra deyir: Amma Əlisətdara gözün üstə qaşın var deyən olmadı. Belə ki, sən demə Əlisətdarın “Karasu” şirkətinin daxil olduğu GLOBAL ENERGY İNVESTMENT şirkətindəki tabe olduğu bütün şirkətlərin (YENİ KARASU OİL, SİRVAN OİL, ABSERON OİL, NEFTÇALA OİL, BİNEGEDİ OİL ) mühafizə idarəsinin rəisi Vüqar Rəsulov MTN-nin keçmiş şefi Eldar Mahmudovun lap yaxın qohumu imiş. Vüqar Rəsulovun qardaşı Eldar Mahmudovun qardaşının kürəkənidir. İndi məlum olur ki, dəstək haradan olub.
Əlisətdar məlum olaylardan sonra sadəcə işini dəyişdi. Hazırda “Karasu” əməliyyat şirkətinin hüquqşünası vəzifəsində çalışır.
Yazıda adlarışəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
teref.az