"Oğurluq belə asan olmamalıdır axı!"- Azercell-i oğurluqda ittiham etdilər....

28-04-2019, 09:29           
"Oğurluq belə asan olmamalıdır axı!"- Azercell-i oğurluqda ittiham etdilər....
Teref.az olaraq, Azərcell-in müştərilərinin başına açdığı min cür oyunlardan çox yazmışıq. Lakin belə görünür ki, Azercell-in arxasında dayanan kimdirsə, ona gözün üstə qaşın var deməyə imkan vermir. Ona görədə bu mobil operator "Burda mənım Bağdadda kor xəlifə.." prinsipi ilə nə istəyir onuda edir. Teref.az daha bir müştərinin Facebook statusunu sizlərə təqdim edir. Sosial şəbəkə istifadəçisi Turanə Hüseynli Azərcell -i oğurluqda ittiham edərək yazır:
"Azercellin bu hoqqasını kimsə açıqlaya bilər mənə?
Bir sms gəlir, hansısa kampaniyaya 30 günlük pulsuz qoşur (heç o sms-lər normalda açılıb oxunmur), 30 gün keçir və başlayır balansından pullar çıxmağa.

Əvvəl-əvvəl başa düşmürdüm. Sonra elə özlərindən öyrəndim ki, elə bu kampaniyalardan birinə qoşulmuşammış!
Yenidən mən özüm deaktiv etməliyyəmmiş!
Deaktiv etmək üçün də sms göndərməliyəmmiş!

Bu cibgirlik deyil, bəs nədir?

Sənin şəxsi iradən və istəyin olmadan, məhz operator istəyir deyə hansısa kampaniyaya qoşulursan və özün də çıxmalısan.

Bu bizim qanunlarda heç cürə tənzimlənmir ümumiyyətlə?

Qəpik-qəpik milyon abunəçinin cibinə girmək nədir axı?

Bəs o qəpiyi zəhmətlə qazanan milyonlarla yaşlı, qoca, ehtiyac sahibi insanlar?

Oğurluq belə asan olmamalıdır axı!
"
Sosial şəbəkələrdə Azərcell-in bu qanunsuz əməllərini müzakirə edən insanların böyük əksəriyyəti opertorun onlarında başına belə oyunlar açdığını deyir. Müzakirədə yüzlərlə Azərçell müştərisi iştirak edir və böyük əksəriyyət bu mobil operatorun qeyri qanuni işlərindən şikayətçidir. Sevda Haqverdiyeva yazır:
"Sevda Haqverdiyeva Adamı necə əziyyətə salırsınlze deyirəm. Bir şey ki heç bir kod yığıb kompaniyaya qoşulmuruq. Öz kefiniZdən edirsiniz. Xəbərimizdə olmur. Altdan altdan konturlarımızı da yeyirsiniz. Hələ bir deyirsiniz deaktiv etmək pulsuzdu. Filan cür edin.
Bu qədər insanı dolamısız. Biz olmasaq siz heç kimsiz. Adam etibarı belə yıxmaz . Bir deyil iki deyil."

"Фариз Абдуллаев Mənim də başıma gəlib. Düşünürəm ki, cinayət hesab edilə bilər. Xəbərimiz və icazəmiz olmadan heç bir şey edilə bilməz. Edilməməlidir.
Ehtiram Muzaffarli Azercell eyni qayda ilə mənim balansımdan da pul oğurlamısınız!"

Teref.az olaraq əslində şikayət edənlərin siyahısını çox uzatmaq olardı.Lakin nə faydası.
Dəyirman öz çaqqa çuqundadır.
Azərcell öz müştərilərinin cibinöə girməkdə davam edir.Müştərilər, yəni bizlər isə ancaq əsəb=, vaxt və hədər yerə pullarımızı sərf edirik
Azərcell isə ancaq varlanır və milyonlarla qazanc əldə edir!
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.