Gömrük Komitəsini içindən yeyən yara: Səfər Mehdiyev və onun qohumlar şəbəkəsi - Ona kimsə «bata bilmirmi»?

2-11-2015, 15:21           
Gömrük Komitəsini içindən yeyən yara: Səfər Mehdiyev və onun qohumlar şəbəkəsi - Ona kimsə «bata bilmirmi»?
Redaksiyamıza Dövlət Gömrük Komitəsi sədrnin birinci müavini Səfər Mehdiyevlə bağlı ilginc faktlar daxil olub. Məlumatlı mənbə redaksiyamıza bildirir ki, özünü Türkiyənin ali təhsil ocaqlarından birinin məzunu kimi təqdim edən və əslində dərin savadı olmayan Səfər Mehdiyev müəyyən bir dönəmdə şansı səbəbindən bu gün belə bir mötəbər vəzifəni tutsa da, əslində gömrük sistemində çox ciddi problemləri yaradan əsas fiqur kimi diqqətə gəlməkdədir.

Mənbə bildirir ki, bu gün təkcə Dövlət Gömrük Komitəsinin rəhbərliyinin yox, eləcə də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun nüfuzundan istifadə edərək özünə səltənət quran Səfər Mehdiyev bu gün keçmişini unudaraq, FHN şefinə belə meydan sulamaqdadır.

Mənbə dia.az-a bildirir ki, Səfər Mehdiyevin təkcə özü yox, həm də yaxın qohumları bu gün qanun qarşısında cavab versələr, onların fəaliyyətləri araşdırılsa, ən sərt cəzaya belə layiq olarlar. Buna səbəbsə onların etdikləridir…

Mənbənin iddialarına görə, zamanında qaynı İlham Tarquliyevi «Gilan» Holdinqdə inşaat sahəsinin maliyyə idarəsinin başına gətirən Səfər Mehdiyev qohumunu BÖYÜK TALANdan sonra oradan kənarlaşdırdı. Səbəbsə İlham Tarqluiyevin yol verdiyi böyük yeyintilər idi: «Əgər Kəmaləddin Heydərovun bundan xəbəri olsaydı, İlham Tarqluiyev Səfər Mehdiyevin əli ilə təkrar olaraq vəzifəyə gətirilə bilməzdi. Beləcə qohumunun cinayətlərinə rəğmən yenidən Səfər Mehdiyev qaynını fövqəladə hallar nazirliyinin tikinti şöbəsinə rəis gətirdirir».

Mənbə dia.az-a bildirir ki, bu vəzifəyə keçəndən sonra İlham Tarquliyevin yeni talanları başlayır. Belə ki, zəlzələ, sel fəlakətləri zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti xırıd edən İlham Tarqluiyev bunun müqabilində özünə böyük sərvət toplayır. Bu gün də talan davam etməkdədir.

Bundan əlavə, Səfər Mehdiyev İlham Tarquliyevlə ortaq tikinti şirkəti yaradıb ki, bu gün də gömrüyə aid tikinti işləri onların şirkətinə verilir. Tendersiz, filansız…

Mənbə bildirir ki, Səfər Mehdiyevin işləri tək bundan ibarət deyil. Bir başqa qohumunu - Gündüz adlı yaxınını Xırdalandakı ət-toyuq idxalı müəssisəsinin başına gətirdir və həmin şəxs də eyni zamanda Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla qudadırlar. Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başına gətirdilir. Bütün bu işləri həyata keçirən Səfər Mehdiyev beləcə özünün həm də Fazil Məmmədovla bağlarını da möhkəmlətmiş olur.

Mənbəmiz dia.az-a açılamasında Səfər Mehdiyevin sərvətinin bir hisəsi barədə də məlumat verir. Onların bəzilərini diqqətinizə təqdim edirik:

- Qusarda, Şamaxıda, Mərdəkanda villalar

- Onkologiyanın yanında supermarket

- Mərasim zalları

- Gömrük Komitəsinin Hospitalının yanında diş klinikası - bacanağının oğlu işlədir

- Badamdarda villası

Və daha nələr, daha nələr…

Məlumatlı mənbə dia.az-a bildirir ki, bu gün bütün bunlardan xəbər tutan yuxarı dairələr artıq Səfər Mehdiyevi görəvindən alıblar: «Onun ərizəsi alınıb. Sadəcə olaraq bu məsələnin rəsmiləşdirilməsi qalıb. Amma buna baxmayaraq Səfər Mehdiyev hər yerdə Kəmaləddin Heydərovu təhdid etməkdədir. Öz qohumlarının yanında deyir ki, Kəmaləddin müəllim ona heç nə edə bilməz. Çünki o Kəmaləddin Heydərovdan «yuxarılara» fakt ötürə bilər».

Onu da xatırladaq ki, Səfər Mehdiyevin qaynatası Qulu Tarquliyev zamanında mərhum prezident Heydər Əliyevi özünə düşmən elən edən şəxslərdən biri olub. Hətta onun Heydər Əliyevin ünvanına sərt ifadələr işlətməsi də bir ara dövrü mətbuatda yayılmışdı.

1991-ci ilin sentyabrın 3-də keçirilmiş Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın rəhbəri seçildi. Həmin dövrün stenoqramasına baxılarsa, Qulu Tarquliyev mərkəzin tapşırığı ilə Heydər Əliyevə ”sən xalqa bəla gəlmisən” dediyi sözlərin şahidi olarıq. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, Ilham Tarquliyev…

Əlavə bilgilərimiz olacaq… Qarşı tərəfi də dinləməyə hazırıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.