"Qarasu" əməliyyat şirkətinin işçiləri adından redaksiyamıza yeni bir müraciət daxil olub. Narazı fəhlələr bu günə kimi açıqladıqları faktlara gərəkən dövlət qurumlarının reaksiya verməməsindən giley edirlər. DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mütamadi olaraq mətbu orqanlarında "Qarasuoil" ƏŞ-dəki korrupsiya faktları,işçi hüquqlarının pozulması ilə əlaqədar yazılar dərc olunur. Bu niyə müvafiq qurumları narahat etmir? Çoxlu sayda olan faktlara nədən reaksiya verilmir".
Daha sonra müraciət edən işçilər dia.az-a müraciətlərində faktlardan bəzilərini təkrar olaraq xatırladırlar:
"İnternet portallarında korrupsiyanı əks etdirən 30-dan artıq rəsmi sənəd yayılıb! Yayılan sənədlərdə qeyd olunur ki, 60-cı ilin buraxılışı olan "Bakines" markalı traktora görə büdcədən ən azından 60 min manat vəsait silinib. Təkcə bir əyləc şaybasına görə 2800 manat silinib. Belə sənədlər yuzlərlədir. Oğurlanan qurğular hanı?"