İlham Pirməmmədovun yeni iddiası: “köçürmələr kralı” rektorluq yoluna çıxıb

4-11-2015, 02:22           
İlham Pirməmmədovun yeni iddiası: “köçürmələr kralı” rektorluq yoluna çıxıb
Xəbər verildiyi kimi deputatlığa namizədliyini irəli sürən 4 rektorun adı – Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) seçildiyi artıq bəllidir. Belə ki, Aqiyə Naxçıvanlı – 117 saylı Oğuz – Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov – 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov 65 saylı Saatlı – Sabirabad – Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər. Bu ilin sentyabr ayında verilən qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər.
4 ali məktəbin rəhbər postunun boşalması heş şübhəsiz bu vəzifələrə iddialı olan şəxsləri hərəkətə gətirib. Artıq özləri üçün yer bərilləyən və təkliflərini irəli sürənlər də var. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, boşalan rektor postlarina iddialılar içində ən fəal şəxs Təhsil Nazirinin müşaviri İlham Pirməmmədovdur. Belə ki, nazir müşaviri bir xeyli müddət idi ki, rektor olmaq üçün çalışırdı. Hətta hakimiyyətdəki adamları vasitəsi ilə bu arzusunu reallaşdırmağa da cəhd göstərmişdi. Artıq nazirlik səviyyəsində işləməyin mümkün olmadığının fərqinə varan Pirməmmədovun arzusunun reallaşması üçün isə rektor postlarından birinin boşalması lazım idi. Artıq həmin proses baş tutub və cumhuriyyet.az-a daxil olan məlumata görə, İlham Pirməmmədov artıq Azərbaycan Müəllimlər İnstitutunun rektoru olması üçün ilkin razılığını alıb. Lakin bunun üçün prezidentin sərəncam verməsi zəruridir. Ona görə də, nazirin müşaviri yaxın günləri üçün rektor təyinatı ala bilər.
Qeyd edək ki, İlham Pirməmmədovun adı indiyə qədər bir çox qalmaqallarda hallanıb. Məsələn, onun Orxan Kərimlinin həbsi zamanı qeyri-qanuni «tələbə köçürmələri» məsələsində adının hallanmasının ardından, AMİ-nin Gəncə və Qazax filiallarında üstü açılmış saxta diplom məsələsində də adı çəkilməyə başlamışdı. Bu azmış kimi, Pirməmmədovun əyalətlərdəki bütün kollec və peşə məktəblərinin «himayəçisi» kimi da tanındığı vurğulanırdı.Pirməmmədov əvvəlki kimi olmasa da, yenə də istədiyini edir. Belə ki, sabiq nazir Misir Mərdanovun 11 illik fəaliyyəti dövründə 65 min tələbə köçürülməsinin 54 minini nazirdən gizlin həyata keçirən İlham Pirməmmədov yenə də fərqli yollarla köçürmə biznesinə davam edir. Qeyd edək ki, hələ bir müddət öncə xəbər yayılmışdı ki, Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Pedoqoji Universiteti və s. Universitetlərə köçürmələr Misir Mərdanovun məktuba çəkdiyi imzadan sonra həyata keçirilərkən, İlham Pirməmmədov məktubun arxasında göstərilən qoşma vərəqlər yenidən əlavə olaraq xüsusi qaydada tərtib olunaraq siyahı süni şəkildə artırılırmış. Bundan sonra 1-ci mərtəbədə ümumi şöbədə qeydiyyata salınaraq, təcili qaydada tələbə köçürmələri həyata keçirilirmişdir. İlham Pirməmmədov aparat rəhbəri olaraq etibardan sui-istifadə edib bu yolla milyonlara sahib olub. Pirməmmədovun köhnə nazir dönəmindən ən böyük biznesi Türkiyədə “qara siyahı”ya alınan Fətullah Gülən şəbəkəsi ilə qurduğu əlaqələrdir. Belə ki, bu qrupun Nazirlikdəki məsələlərini həll etmək üçün bu dini qrupdan aylıq 10 min manat alan (bu pulun görünən işə aidiyyəti yoxdur. Görülən işin xərcləri ayrıca qarşılanır) Pirməmmədov qoruduğu kollec direktorlarından da hər ay 1000 manat, təhsil şöbə müdirlərindəndə isə hər ay 2000 min manat “haqq” aldığı iddia olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.