Adı təmir edilmiş binalar sırasında gedən binanın təmir pulunu kim yeyib - "Azimport" ya "Sokar"
4-11-2015, 16:25
teref.azya müraciət edən Neftçilər prospekti 131-də yaşayan Lalə xanımın pöroblemlərini dəfələrlə işıqlandırmışıq. Avropa oyunları qabağı Bakı şəhərində binaların üzlənmə prosesinə start verilmişdi. Bu proses Neftçilər prospekti 131- də yerləşən binadan yan keçməyib. Bİnanı üzləyən "Azimport" şirkəti binanın dam örtüyünü darmadağın edib. O zaman onlara bu haqda tutulan iradlara, "binanın dam örtüyünün təmir ediləcəyiK" cavabı verirdilər. Lakin Avropa oyunlarından sonra "Bayraq Meydanı" kompleksinin direktoru Rəşad Məmmədov həbs edildi. Deyə bilərsiniz Rəşad Məmmədovun binaya və şirkətə nə dəxli. Dərd ondadır ki, onun dəxli birbaşadır. Rəşad Məmmədov bu şirkətin rəhbəri olub. Təbii dövlət qulluğuna gedəndən sonra yerinə öz adamını qoyub, yəni hüquqi olmasada, şirkət onun olub. Həbsdən sonra Neftçilər prospekti 131 saylı binanın sakinlərinin bəlalı günlərinn qurtarmasına ümidləri heçə çIxdı. Dam örtüy şirkət işçiləri tərəfindən məhv edilmiş binada yağış və qar suları evin içindədir. Bunun qabağını isə almaq mümkün deyil. Sadəcə qarşısını almaq üçün dam örtuyu tam dəyişməlidir. Şikayətçilərin müraciət etdikləri "Azimport" şirkəti bu deyilənləri təsdiq edir, binanın dam örtüyünü təmir etməli olduğlarını deyirlər lakin.... "SOKAR" pulu versin edək!! Bəlii böyük bir problemdir! Heç kimdə bu problemlə maraqlanmır. Çünki artıq bu yarımçıq təmir edilmiş bina heç kimi maraqlandırmırdı. Sakinlər isə ....
teref.az portalı olaraq bu problemlə bağlı şikayətçilərin dərdlərini "Azimport" şirkətinə çatdırdıq. Bu şirkətidən bizə yetkililərin cavabı isə
- "SOKAR" bizim pulları vermir. Bütün sənədlərimiz buna sübutdur. Gəlin baxın. Pulumuzun yarıdan çoxunu vermirlər. Lazım olsa bunu məhkəmələrdə sübut edə bilərik.
"Sokar" şirkətinə göndərdiyimiz rəsmi sorğuya isə bu günə qədər cavab yoxdur. Lakin qeyri rəsmi olara deyirlər ki,
- Biz onların pullarını tam ödəmişik!
İndi şəhərin mərkəzində yerləşən qos- qoca binanın sakinlər bu iki şirkətdən birinin cinayətə bərabər korrupsiya əməlinə görə
( bəli korrupsiya əməli, çünki qeyri rəsmi bizə deyildiyinə görə pullar yeyilib və prezidentə bütün işlərin qurtardığı haqda məruzə ediblər) əziyyət çəkirlər. Balaca yağış yağan kimi bu binann evlərində oturmaq olmur, çünki yağış küçədə deyil, evdə yağır.
Beləcə əlacsız sakinlər "Azimport" şirkəti ilə "SOKAR" şirkətinin başa düşülməyən oyunun ortasında əlacsız qalıblar.
TEREF.İNFO