"Qaçqınkom"un departament rəhbərilə bağlı Mədət Quliyevə müraciət olundu... - İTTİHAM VAR
6-11-2015, 12:01
Xeyli müddətdir ki, qafqaznews.az olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz biznes fəaliyyətindən və korrupsiya əməllərindən bəhs edirik. Onun Bakı şəhərindəki dəyəri 10 milyonlarla ölçülən mülkləri necə əldə etməsi barədə dövlət qurumlarına suallar ünvanlayırıq. “Qaçqınkom”un departament rəhbəri Pənah Əliyevin oğlu MTN-nin zabiti Tural Əliyev barəsində də maraqlı faktlar dərc etmişik.
Məsələn, Pənah Əliyevin MTN-nin Qaradağ idarəsində əməliyyatçı işləyən oğlu Tural Əliyev 235 min manat dəyəri olan qeydiyyat nömrəsi 90 LS 900 Range Rover avtomobilində işə gəlib-gedir. Düzdür, bu yazılara reaksiya verən Baş nazirin muavini Əli Həsənov Pənah Əliyevi tutduğu vəzifədən azad etdi. Amma…
Bütün bu yazılar saytlarmızda dərc olunadan sonra bir qrup qaçqın və məcburi köçkün redaksiyamız vasitəsi ilə MTN-nin yeni rəhbəri Mədət Quliyevə müraciət edib. Müraciətdə xüsusi olaraq vurğulanır ki, Pənah Əliyevin uzun illər “Qaçqınkom”da departament rəhbəri işlədiyi dövr ciddi şəkildə yoxlanılmalıdır. Qaçqınlar qeyd edir ki, Pənah Əliyev dövlətin bizə ayırdığı vəsaitlə özünə bir neçə milyonluq mülklər əldə edib (həmin mülklərin siyahısı və fotosu əvvəlki yazılarmızda oxuculara təqdim etmişik). Qaçqınlar onu da vurğulayır ki, Pənah Əliyev bizə ayrılan vəsaitin hesabına 150 min manat pulu Eldar Mahmudovun cangüdəninə verərək oğlunu MTN-ə əməliyyatçı vəzifəsinə düzəldib. Pənah Əliyev Eldar Mahmudova öz sadiqliyini nümayiş etdirmək üçün “Ağdamlı Dəmir” adlı maşın alverçisinin Badamdardakı avtosalonundan 235 min manata oğlu Turala Range Rover CİP alıb.
Qaçqın və məcburi köçkünlər Mədət Quliyevə müraciət edərək xahiş edirlər ki, Pənah Əliyev və onun oğlu Turalın fəaliyyəti yoxlanılsın. Bu ata-bala dövlət tərəfindən biz qaçqınlara ayrılan pulların hesabına uzun illər kef çəkiblər. Qoy indi bunların fəaliyyəti yoxlanılsın və onlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Onu da qeyd edək ki, dərc etdiyimiz yazılardan sonra Pənah Əliyev tutduğu vəzifəsindən azad olunan kimi, oğlu Tural Əliyev də Range Rover markalı CİP-ini təcili olaraq satışa çıxarıb. Ancaq “Ağdamlı Dəmir” artıq həbs olunduğu üçün Range Rover-ə “qiymət qoyan” olmayıb.
Məlumat üçün bildirək ki, MTN-də bir qrup quldurluq edən dəstənin sifarişi ilə sahibkarlardan alınan avtomobillərə “Ağdamlı Dəmir” qiymət qoyaraq “əridirmiş”. Pənah Əlyev qızı Aysel Əliyevaya hədiyyə etdiyi 90 009 nömrəli Audi Q 5 markalı avtomobildə gəzir. Görünür, bu ailə hələ də ümidlidir ki, MTN olayı onlardan yan keçəcək.