“Əsabil Qasımovla Vilyam Hacıyev seçiciləri dilənçi yerinə qoydular” - VİDEO

7-11-2015, 15:00           
“Əsabil Qasımovla Vilyam Hacıyev seçiciləri dilənçi yerinə qoydular” - VİDEO
Hörmətli həmvətənlərim!

Seçki marafonu geridə qalsa da insanlar hələ də onun təsirindın ayrıla bilməyiblər. Necə deyərlər, Əsabil Qasımovun 79 saylı İmişli seçki dairəsinin məntəqələrində yaratdığı seçki şousu uzun müddət seçicilərin xatirindən çıxmayacaq.
Çox seçkilər görmüşük, əvvəllər də seçkilərdə saxtakarlıqlar olub, lakin bunu qorxa - qorxa ediblər. Bu dəfəki isə başqa aləm idi. Əsabil bu dəfə bir nəfərə kimi bütün vəzifə sahiblərini pulla ala bilib. Onun qohumları Vilyam Hacıyevlə İmişliyə ortaq olan Əsabilin sağ əli Saleh Səmədov, Nazim və Naib qardaşları, bir sözlə, onun puluna aşiq olanlar canla - başla feodal qaydalarına uyğun olaraq 21 əsrdə seçiciləri dilənçi yerinə qoyub onların səslərini girov götürdülər.

Onu qeyd etməyi özümə borc bilirəm ki, xalqa söykənməyənlər heç vaxt zirvədə qala bilməyiblər və bəyənmədikləri zümrənin gücü ilə də dərənin dibinə yuvarlanıblar.

Çox istərdim ki, prezident, Ali Baş Komandan İlham Əliyev cənabları da bir seçki məntəqəsində seçkini cinayətkarcasına pozan məntəqə sədri və üzvlərinin hərəkətinə nəzər salsın. Ümidvaram ki, bu səhnəni görəndən sonra Prezident son sözünüzü deyəcək.

Dəyərli həmvətənlərim, nəzərinizə çatdırmaq istəyirəm ki, demək olar bu hal bütün məntəqələrdə baş verib.


Hörmətlə 79 saylı İmişli seçki dairəsindən deputatlığa keçmiş namizəd Şirinov Habil Sabir oğlu













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.