Beyləqanda vəziyyət qarışmaq üzərədir - Prezidentə müraciət

7-11-2015, 20:12           
Beyləqanda vəziyyət qarışmaq üzərədir - Prezidentə müraciət
Biz bir qrup Beyləqan sakini saytımız vasitəsi ilə ölkə prezidenti İlham Əliyevə, Baş nazir Artur Rəsizadəyə, Kənd Təsərrüfatı naziri Heydər Əsədova müraciət ünvanlayıblar.

Belə ki, bu yaxınlarda Kənd Təsərrüfatı nazirliyi Beyləqan rauonunda yerləşən "Dostluq" damazlıq savxozunu ləvğ edilərək Xətai adına Sovxoza birləşdirilməsi haqqında qərar çıxardıb. Ancaq "Dostluq" Damazlıq Savxozunun ərazisində yaşayan və uzun illər bu qurumda işləyən sakinlər onlara düşən pay torpaqlarının verilməsini tələb etməklə bərabər həmdə savxozun korrupsioner Çərkəz Şirinova verilməsinə etiraz edirlər. Beyləqan rayon "Dostluq" savxozunda yaşayan sakinlərin müraciətini olduğu kimi sizlərə təqdim edirik.

Cənab prezident biz Beyləqan rayon Dostluq Damazlıq Birliyi Sovxozunun ərazisində yaşayan əhali hamılıqla bu gün Sovxozumuzun Beyləqan rayon Xətai adına Sovxozun direktoru Çərkəz Şirinovun tabeliyinə keçməyinə etiraz edirik.

Belə ki, Çərkəz Şirinov 2005-ci il də Xətai adına Sovxoza təhvil direktor təyinatı aldıqdan sonra təhvil götürdüyü 140 baş iribuynuzlu mal-qaranın sayı bugünədək artmamış, əsatdığı heyvanlardan əldə etdiyi vəsaiti yalnız özünün şəxsi işləri üçün istifadə edib. Onun yeganə fəaliyyəti özünü və yaxınlarını milyonçu etəməkdən başqa bir şeyə hesablanmamışdır.

Bundan başqa Keçmiş Dostluq Damazlıq Birliyi Sovxozunun iqtisadçısı Ağayev Oruc İdris oğlu Çərkəz Şirinovun ən yaxın qohumudur. Bu gün bu qohumlar baş-başa verərək Sovxoz torpaqlarından öz şəxsi mülkiyyətləri kimi istifadə edir, Oruc Ağayev isə Sovxoza məxsus 13 ha ərazini zəbt edib. Bu barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin əməkdaşlarının əraziyə baxışları olmuş və 13 ha torpaq sahəsinin Ağayev Oruc İdris oğlu tərəfindən zəbt edildiyini aktlaşdırılıb.

Müraciətdə qeyd olunur ki, Ağayev Oruc İdris oğlu və yaxın qohumu Şirinov Çərkəz Dostluq Damazlıq Birliyi Sovxozunun ərazisində özülərinə möhtəşəm villalar “qalalar” inşa ediblər.

Biz Dostluq Damazlıq Birliyi Sovxozunun ərazisində yaşayan əhali olaraq, dədə-babalarımızın sovxozu quranlardan olduğunu nəzərə alaraq sovxozda hər birimizin payının olduğundan xəbərdarıq.

Bu səbəbdən hamılıqla sovxozumuzun Şirinov Çərkəzin tabeliyinə deyil, Sovxoz camaatının tabeliyinə verilməsini, islahat aparılmasını istəyirik.
Sovxozumuzun Ağayev Orucun və Şirinov Çərkəzin “inhisarına” keçməsi dövlətimiz və bizlar üçün ən böyük utancdır.Çünki puldan ötrü hər şey edən, hətta vətəni beləs atan bu iki "məmur" birləşərək dövlətimizə və bizə məxsus yerdə qalan torağı, əmlakı satıb talayacaqlar.əraziləri yenidən mənimsəməyə çalışmasıdır.
Ən ürəkağrıdan hal isə sovxoz camaatının əksəriyyəti ilə ədavətdə olan Ağayev Oruc İdris oğlunun qohumu Şirinov Çərkəzin himayədarlığı altında birləşmiş sovxozların başına keçməsi, vaxtı ilə ələ keçirə bilmədiyi yerdə qalan sovxoz mülkünü də əraziləri yenidən mənimsəməyə çalışmasıdır.

Odur ki, bütün aidiyyəti orqanlardan xahiş edirik səsimizi eşitsinlər, Sovxozumuzu sahiblərinə, bizlərə qaytarsınlar.
edib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.