Xaləddin İsgəndərov qorxu içində! - İcra başçısı haqda müdhiş iddialar
11-11-2015, 14:48
Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun bəzi dövlət qurumlarına meydan oxuması, rayonu «xərac yığan» dəstələri ilə idarə eləməsi haqda mətbuatda çoxsaylı məlumatlar gedib. Ancaq bu günədək ona bu özbaşınalıqlara bağlı sərt irad tutulmamasının səbəbləri cəmiyyətə şübhəli qalıb.
Bu barədə Mia.az-a daxil olan məlumatlar isə özünü toxunulmaz sayan icra başçısının nədən belə davranmasına aydınlıq gətirir.
Bizi məlumatlandıran mənbə deyir ki, icra başçısı nazir qayını Fazil Məmmədovla yanaşı, əsasən sabiq nazir Eldar Mahmudova güvənərək, az öncəyə qədər ötkəm hərəkət edib. Ancaq barəsində silsilə şikayətlərin, rayonda yanan binadakı faciələr, Beynəlxalq Avtovağzalın ətrafındakı sürüşmə və ən nəjayət, E.Mahmudovun «vurulması»ndan sonra icra başçısı bəzi adımlarında «korrektəli» davranmağa başlayıb:
«Məlumat üçün deyim ki, Eldar Mahmudovla Xaləddin İsgəndərov həyat yoldaşları vasitəsiylə qohumdurlar. Bundan əlavə, ölkədə hamı Eldar Mahmudovu əslən Naxçıvanlı kimi tanısa da, əslində o, Xaləddin İsgəndərovun mənsub olduğu zonadan, yəni ölkənin qərb bölgəsindəndir. Yəni əslən qazaxlı olan sabiq nazir Naxçıvana köçmədir. Onların eyni bölgədən olması ilə yanaşı, həm də qohumluqları, üstəlik, Fazil Məmmədov faktoru icra başçısının daha ötkəm davranmasına səbəb olub. Təsəvvür edin ki, rayon polis rəisi Namiq İsmayılov icra başçısının xərc yığan dəstəsinin qarşısında həmişə əmrə müntəzir dayanıb. Rayon prokuror isə icra başçısının xərac yığan dəstəsinə qarşı heç vaxt cinayət işinin açılmasına cəhd etməyib. İsgəndərova yeganə müqavimət göstərən şəxs isə bir il əvvələ qədər müəyyən qədər MTN-nin rayon şöbəsinin rəisi olan Səttar Mehbalıyevin qardaşı Faiq Mehbalıyev olub ki, icra başçısı onun da Binəqədidən uzaqlaşdırılmasına nail oldu. İndisə Eldar Mahmudov yoxdur, qayını Fazil Məmmədovun isə hakiimyyətdəki bəzi qruplaşmalarla vəziyyəti gərgin olduğundan icra başçısı ehtyatlanmağa başlayıbdır».
Məlumata görə, Eldar Mahmudov çıxarılana qədər ötkəm davranan X.İsgəndərov artıq anoloji kobudluq və özbaşınalıqlarını xeyli azaldıb: «İndi o, ciddi şəkildə qorxu içindədir. Hətta Binəqədidə yanan binaya görə bu qədər qorxu keçirməmişdi. Xatırlayırsınızsa, o zamn icra başçısı yanan binaya görə açıq şəkildə Hacıbala Abutalıbovla Fövqəladə Hallar Nazirliyini suçlu çıxardı, onlara meydan oxudu. Yəni onun mənsub olduğu bəlli gücə arxayınlığı bu qədər cürətkar davranmasına səbəb idi. Ancaq indi durum kəskin şəkildə dəyişmək üzrədir. Hətta deyərdim ki, durum o qədər dəyişib ki, bir neçə gün əvvəl obyektinin sökülməsinə etiraz edərək intihar etməyə cəhd edən sahibkarın ayağına getməsinə qədər Xalədin İsgəndərov zəifləyib. Bəli, indi düşünür ki, işdən çıxarılması bir yana, özünü elə yanan binayla bağlı aparılan istintq çərçivəsində həbs də edə bilərlər. Məhz bu qorxu səbəbindədir ki, icra başçısı rayonda xərac yığan dəstəsini də təlimatlandırıb. Dəqiq sizə deyirəm ki, o, həmin qeyri-rəsmi dəstəyə əvvəlki özbaşınqalıqlarını təkrar etməmək tarşırığını verib. Çünki bilir ki, onları hər an həbs edə bilərlər. Onların həbsi və ifadəsi isə nəinki Xaləddin İsgəndərovu, hətta nazir Fazil Məmmədovun karyerasını daha kəskin bitməsinə gətirib çıxaracaq».