“Azərbaycan Dəmir Yolları”nın sanitar xidmətinin baş mühasibinin “Nar & Sharab” qonaqlığı…

11-11-2015, 21:26           
“Azərbaycan Dəmir Yolları”nın sanitar xidmətinin baş mühasibinin “Nar & Sharab” qonaqlığı…
Rəna Sultanovanın paytaxtın bir sıra ticarət mərkəzlərində 30-a yaxın obyektinin olduğu bildirilir “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) həkim sanitar xidməti ilə bağlı son zamanlar ictimaiyyət arasında bir sıra arzuolunmaz məlumatlar dolaşmaqdadır. Belə ki, adıçəkilən xidmətə Adil Əvəz oğlu Şükürovun rəhbərlik etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, əlində olan imkanlardan yararlanaraq QSC-nin inkişafına çalışsa da, bəzi məqamlara görə irəliləyişlər əldə edilmir. Çünki burada maliyyə məsələləri ilə məşğul olan şəxsin öz iddiaları bəzi maqamları ilə diqqəti cəlb edir. Belə ki, QSC-nin həkim sanitar xidmətinin baş mühasibi Rəna Sultanova bir sıra yollara baş vuraraq külli miqdarda sərvətə, milyonlara sahib olub. Belə ki, baş mühasib bəzi əməlləri ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinə, onun cəmiyyətdəki imicinə, eyni zamanda qapalı səhmdar cəmiyyətinin rəhbər şəxslərinin nüfuzuna ciddi xələl gətirir”. Rəna Sultanovanın uzun illərdir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim sanitar xidmətinin baş mühasibi vəzifəsində çalışdığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə seçilir: “Deyilənlərə görə, Rəna Sultanova nəqliyyat naziri ilə qohumluq əlaqələrinə malikdir. Belə ki, o, hələ Ziya Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri vəzifəsində çalışdığı dönəmlərdə adıçəkilən qurumda mühüm postda təmsil olunub. Rəna Sultanovanın karyerasında irəli getməsində də Ziya Məmmədovun əvəzsiz rolu olub. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin az qala bütün əməkdaşları çox gözəl bilir. QSC-nin həkim sanitar xidmətinin baş mühasibi nəqliyyat nazirinə yaxın adam olduğu üçün qurumun sabiq rəhbəri Arif Əsgərov ona “gözün üstə qaşın var” deyə bilməyib”. Bu arada, Rəna Sultanovanın paytaxtın bir sıra ticarət mərkəzlərində çoxlu sayda, təxminən 30-a yaxın obyektinin olduğunu iddia edən mənbə bildirir ki, o, dara düşən kimi kimlərinsə köməyinə arxalanır. “Deyilənlərə görə, baş mühasib ad gününü Bakının ən bahalı restoranlarından biri olan, Səbail rayonu, N.Quliyev küçəsi 24 ünvanında yerləşən “Nar & Sharab”da qeyd edib. Həmin məclisdə isə nəinki həkim sanitar xidmətinin, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-nin və Nəqliyyat Nazirliyinin bir sıra yetkili şəxsləri, şöbə, idarə müdirləri iştirak edib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Rəna Sultanova QSC-nin, eyni zamanda Nəqliyyat Nazirliyinin səlahiyyət sahibləri tərəfindən yetərincə dəstəklənir” Bizi izləyin! Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Maraqlı bir məqamı diqqətinizə çatdırmaq istəyirik. Deyilənə görə, Rəna Sultanovanın iki övladının-oğlu və qızının ailə həyatları uğursuz olub. Bildirilir ki, baş mühasibin övladları vəhhabi cərəyanın təsiri altındadırlar. Onlar vəhhabilərə uyğun şəkildə ailə qurub, daha sonra da ayrılıblar. Hazırda bu şəxslərin hər ikisinin keçmiş həyat yoldaşlarının Suriyadakı döyüşlərdə iştirak etdiyi vurğulanır. Rəna Sultanova əlindəki maliyyə imkanlarından istifadə edərək Biləcəri xəstəxanasının yaxınlığında həm oğluna, həm də qızına dəbdəbəli villa tikdirib. Ən maraqlı məsələ isə baş mühasibin bibisi qızı ilə bağlıdır. Bizə çatan informasiyaya görə, Rəna xanımın bibisi qızı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasında işləyir. Deyirlər ki, məhz bibisi qızına arxayın olan baş mühasib qanunları saya salmır, xoşagəlməz əməllərindən əl çəkmir. Məlumata əsasən, xanım baş mühasibin bahalı maşınlarının sayı-hesabı yoxdur. Maraqlıdır, o bu qədər var-dövləti hansı yolla əldə edib? Hətta ADY-nin Sanitar Xidmətinin işçiləri arasında söz-söhbət gəzir ki, xidmət rəisi Adil Şükürova yaxın adam yoxdurmu ki, Rəna Sultanovanın əməlləri barədə ona xəbər çatdırsın. Adil Şükürov baş mühasibin övladlarının vəhhabilərlə əlaqəsinin olduğunu biləndə çox gec ola bilər. Odur ki, dərhal müvafiq ölçü götürmək lazımdır. Bütün bu məsələlərə gələn sayımızda aydınlıq gətirəcəyik.gundelik-baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.