Kərəm Həsənov sahibkar "ovunda"... - Komitə sədri sabiq MTN şefinə necə "iş verib"...
12-11-2015, 10:51
Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov MTN ətrafında baş verən olaylardan ciddi şəkildə narahatdır. Komitə sədrinin narahatlığı səbəbsiz deyil. İstiqlal.az-a daxil olan məlumata görə, Kərəm Həsənov Eldar Mahmudovun sahibkarlara qarşı qanunsuz əməliyyatlarında yaxından iştirak edib.
İddia edilir ki, MTN hər hansı bir sahibkarı həbs edib, pulunu qoparmaq istəyəndə, əvvəlcədən onun haqqında bütün məlumatları toplayırmış. Məlumata görə, bu zaman təkcə əməliyyat məlumatlarından deyil, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin imkanlarından yararlanıblar. Belə ki, əhalinin əmlaka dair məlumatlarının bazası MTN-də də olub.
Kərəm Həsənovla Eldar Mahmudov arasında olan anlaşmaya əsasən saxlanılıb, pulu alınacaq adamın bütün əmlakının siyahısı çıxarılıb, haqqında əlavə bilgilər də daxil edilib, dosye şəklində komitə sədrinin MTN-dəki qardaşı Şahin Həsənova göndərilirmiş və o da lazımi adamlara çatdırırmış.