Eks-nazir Əli Abbasovdan danışdı: - "Bağışlanmaz səhvə yol veriblər"

13-11-2015, 14:25           
Eks-nazir Əli Abbasovdan danışdı: - "Bağışlanmaz səhvə yol veriblər"
Sabiq rabitə naziri Nadir Əhmədov Əli Abbasovun rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsinə münasibət bildirib.

Eks-nazir AzVision.az-a açıqlamasında bildirib ki, Əli Abbasovun işdən çıxarılması səbəbsiz deyil, o yol verdiyi hansısa ciddi nöqsana görə vəzifəsini itirib.

N.Əhmədov MTN olayı ilə bağlı yayılan iddialara münasibət bildirərək qeyd edib ki, nazirliyin bu məsələdə rolu varsa, o zaman bağışlanmaz səhvə yol veriblər.

Qeyd edək ki, Nadir Əhmədov 1985-ci ildən 1997-ci ilədək (12 il) rabitə nazirinin müavini və 1997-ci ildən 2004-cü ilədək (7 il) rabitə naziri vəzifəsində işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru