Nazir müavininin qardaşı Prezidentin göstəriş və tövsiyələrinə məhəl qoymur

13-11-2015, 15:39           
Nazir müavininin qardaşı Prezidentin göstəriş və tövsiyələrinə məhəl qoymur
Prezident İlham Əliyevin sahibkarlıqla bağlı verdiyi son sərəncam bir daha onu təsdiqlədi ki,o həmişə sahibkarların yanındadır.
Ölkə başçısının imzaladığı sərəncama əsasən ,sahibkarlıq subyektləri iki il müddətinə lüzumsus yoxlamalardan azad edilmişdir.Sahibkarlara ayrılan uzun müddətli güzəştli kreditlər ,onlların fəaliyyətinə dövlət dəstəyinin bariz nümunəsidir. Ölkə iqtisadiyyatının inkişafının bilavasitə onların fəaliyyətlərindən asılı olduğunu düşünən cənab Prezident həmişə saibkarlara dəstək olmuşdur.Təəssüflər olsun ki,bəzi məmurlar bunun əksinə olaraq sahibkarlara problemlər yaradırlar. Redaksiyamıza daxil olmuş müraciətdə məhz bundan bəhs olunur. TEREF.İNFO yenimeydan.infoya istinadən yazır ki,belə ki,Qradağ rayonu ərazisində mişar daşı istehsalı ilə məşğul olan sahibkar Mircəfər Əsgərov Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı, Dəllər stansiyasının rəisi Əli Əsgərov tərəfindən aldadılaraq pulunun mənimsədildiyini bildirir. O sahibkardan aldığı mişar daşını Buta stansiyasından əvvəllər rəisi olduğu Qovlar stansiyasına daşınmasını dəmir yolu vasitəsilə həyata keçirtmişdir.Qardaşının DY QSC-nin sədri olmasından və digər qardaşı Ayaz Əsgərovun Qazax rayon icra başçısı olmasından məharətlə istifadə edən Əli Əsgərov Qazax -Tovuz zonasında daş manapoliyasını ələ keçirə bilmişdir.Sahibkarın da pulunu mənimsəyən aliqarx monopolistin bu yolla külli miqdarda sərvətə yiyələndiyi bildirilir.


Məsələ ilə bağlı Əli Əsgərovun mövqeyini öyrənmək istədik. ‘Harınlamış məmur obrazından’ çıxış edən Əli Əsgərov ‘ yaxşı eləmişəm əəə’ deyə cavab verdi. Buna baxmayaraq hörmətli Arif Əsgərovun mövqeyini öyrənməyə çalışacağıq.


P.S Növbəti məqalədə Əli Əsgərovun qaranlıq keçmişinə işıq salacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru