Əli Abbasovun tələbə yoldaşı olan rektor və oğlu haqda ŞOK İDDİA

13-11-2015, 21:23           
Əli Abbasovun tələbə yoldaşı olan rektor və oğlu haqda ŞOK İDDİA
Redaksiyamıza Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və onun oğlu ilə bağlı çox ilginc məlumat daxil olub. Məlumatda sabiq rabitə naziri Əli Abbasovun tələbə yoldaşı olan rektor və onun oğlu ilə bağlı müdhiş məqamlar yer alıb. Məlumatlarda bu ali təhsil ocağında hökmran olan ata-oğul birliyinə qurban gedən prorektor Xəyal Hacıyevlə bağlı da ilginc məqamlar yer alıb.

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, sabiq Rabitə və Texnologiya nazir Əli Abbasovun tələbə yoldaşıdır...

Mənbəmiz yazır: Artıq bir ilə yaxındır ki, Rabitə Və Texnologiya Naziri Əli Abbasovun yaxın adamlarına korrupsiya əməlləri üzrə çinayət işi qaldırılıb. Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov da bu siyahıdadır. Diqqətinizə çatdıraq ki, Akif Süleymanovla sabiq Rabitə və Texnologiya naziri Əli Abbasovla tələbə yoldaşı olublar. Texnologiya Universitetinin rektorunu sabiq nazir dəstəkləyirdi və onu universitetə rektor təyin olunmağında sabiq nazirin köməkliyi olduğu deyilir.

2015 ci ilin fevral ayında maliyyə nazirliyinin xüsusi komissiyası Texnologiya Universitetində araşdırma nəticəsində 1 miliyon korrupsiya faktı aşkarladı, buna baxmayaraq hələ də bu fakta görə həbs olunan şəxs yoxdur. Korrupsiya faktı aşkarlanan Texnologiya Universitetində, prorektorları, dekanları və bir neçə şöbə müdirlərini işdən azad edildilər. Yerinə götürülən şöbə müdirləri, dekanlar, prorektorlar, Universitetin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun yaxın dostları idi.
GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, Akif Süleymanovun oğlu Şamil Süleymanov Universiteti sözün həqiqi mənasında ata mülki kimi idarə edir, universitetin büdcəsini atasından geri qalmayaraq istədiyi kimi xərcləyir. Texnologiya Universitetinə yeni təyin olunan prorektorlar 3000 manat, dekanlar 2500 manat, və şöbə müdirləri 2000 min manat özlərinə pul təyin ediblər və işə təyin olunmamışdan öncə onlara bu qədər külli miqdarda ayda maaş verəcəyini rektorun oğlu Şamil Süleymanovun qarşısında şərt qoyublar.

Aki Süleymanovun oğlu Şamil Süleymanov ayda bir neçə dəfə universitetə gələrək universitetin işcilərini kobudcasına təhqir edir, hətta sürdüyü maşını universitetin həyətində istədiyi yerdə saxlayaraq, maşından düşüb axranalardan birini maşınına gözətçi qoydurur.

Bir neçə ay bundan öncə yeni təsərrüfat üzrə təyin olunmuş prorektor Xəyal Hacıyevlə, rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun arasında böyük dava düşüb. Akif Süleymanovun oğlu Şamil Süleymanov Gəncə Şəhər sakinlərinə qarşı gobud söyünc işlətdiyindən, yeni təyin olunmuş, hal-hazırda öz ərizəsi ilə işdən kənarlaşan Xəyal Hacıyev, Şamil Süleymanovu yumuruq ilə çənəsinə zərbə yetirib və bu davadan sonra Xəyal Hacıyev tutduğu vəzifədən öz ərizəsi ilə kənarlaşıb.

Akif Süleymanovun Universitetdə etdikləri özbaşınalıqdan xəbər tutan, İcra Başcısı Elmar Vəliyev onu bir neçə dəfə tənbeh edib, buna baxmayaraq Akif Süleymanov öz bidiyini etməkdə davam edir, bir neçə gün bundan öncə iclas zalında Elmar Vəliyev rektora intizamlı olmaqla bağlı xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.