Cəlilabad rayon ƏƏSMM-nin direktoru Azər Mirzəxanlı 1500 manatlıq işin 270 manatlıq vəzifəyə niyə dəyişib?
13-11-2015, 22:56
Əlahəzrət fakt budur ki, Cəlilabad rayonunda yazan çoxdur. Hətta yazanı narkotacirdən təhlükəli ünsür hesab edirlər bu rayonda. Amma və lakin, daha ciddi bir nüans – insan hüquqlarının rayondakı bəzi mövcud dövlət qurumları tərəfindən tapdalanması halları işbaz və rüşvətxor dövlət məmurları tərəfindən elə malalanır ki, konstitusiyamızın təməl prinsipləri arxa plana keçərək mahiyyət və fəlsəfəsini itirir. Ata tanıyıram oğlu dəhşətli narkomandı. Bu gün, yaxud sabah həyatının ən dəhşətli cinayətini törədəcək. Ata bunu anladığından polisə müraciət edir ki, oğlumu həbs edin. Fəqət, atanın haqlı şikayətini qəbul etmirlər. Nədi-nədi, bu ata oğlunu cəmiyyətdən təcrid etdirmək istəyinə dodaq büzürlər.
…Doğurdan da, Cəlilabad rayonunda yazan çoxdur. Ancaq bəzi hallarda insan hüquq və azadlıqlarının pozulması halları daha çoxdur.
…Cəlilabad rayonunda adına ƏƏSMM deyilən dövlət qurumu fəaliyyət göstərir. Rəhbəri Azər Mirzəxanlı adında azərbaycan vətəndaşıdı. Soyadından görünən odur ki, nəsli-nəcabəti yazan olub. (İndi yazan deyirlər. Vaxt vardı “mirzə” deyərdilər yazanlara.) Bu millətin həmişə yazanlara ehtiyacı olub və mən anladığım qədər Azərin nəsli yazanların “xanı”ymış. Əksi də ola bilər. Əksin sübut etsə, çox məmnun olaram.
…Cəlilabad rayon ƏƏSMM-nin direktoru Azər Mirzəxanlıyla bağlı xəbər portalımızın Cənub bürosuna edilən müraciətlərin çoxluğunu nəzərə alıb, 11 noyabr 2015-ci il tarixdə onunla görüşmək qərarına gəldim. İlk əvvəl onu qeyd edim ki, görüşdən əvvəl Azər Mirzəxanlıyla bağlı internetin yaratdığı imkanlar daxilində yüngülvari bir araşdırma apardım. Ay bəə, nə gözəl Cəlilabad! 1500 manatlıq işin 270 manatlıq vəzifəyə niyə dəyişib, Olimpiya kompleksinin ən bahalı hücrəsində neçəyə qalır – bütün bunlar öz yerində. Həm də bir az inanmağım gəlmədi Azər Yazarxanlının (üzr istəyirəm Mirzəxanlının) Kompleksin mehmanxanasına para verməyinə. Nədənki, Olimpiya Kompleksinin müdiri Cavid Əsgərov da Azər Mirzəxanlının yaratdığı “çete”dedir və bu “çete” qəşəng pul qazanır. Əksin sübut etsələr, Cavid Əsgərovun dayısı Vaqif Ağalarova qəşəng qonaqlıq verəcəm.
…Əlqərəz, 2015-ci il noyabrın 11-də girdim (başqa söz tapa bilmirəm) Azər müəllimin qəbuluna. Başını qaldırıb mənə baxmadı. Qulağında telefon, qabağında dərkənar qoyduğu məktublar, bir sözlə məni adam hesab etməməyi qırımından bəlli. Ta o vaxta qədər ki, dözə bilməyib, nəhayyət dilləndim: “Müəllim, olar oturum?!” Dedi: “Yox!!! Sözünü de get, mənim vaxtım yoxdu.” Əlim-ayağım yerdən-göydən üzüldü. Əmisi hörmətli nazirimiz Səlim Müslümovun dostu olan (internetdə belə bir məlumat vardı) Azər Mirzəxanlının bu cür müştəbehliyini təsəvvür edə bilməzdim. Ən azından ona görə ki, hörmətli Səlim Müslümovun regionlar üzrə keçirdiyi qəbullardan məlumatım vardı. Çox maraqlıdır, görəsən Azər müəllim niyə və nədən Səlim Müslümovun ölkə vətəndaşlarına humanist və səmimi münasibətindən nəticə çıxarmır? Niyə Azər müəllimə elə gəlir ki, əmisinin hörmətli nazirlə münasibəti Cəlilabadlılara “kəllə” atmağa əsas verir? Bu və digər suallara cavab tapmaq üçün növbəti yazıya qədər tabaxul edin. Gələn yazıda biləcəksiniz:
1.Azər Mirzəxanlı kimləri dəllal hesab edir və onun dəllal hesab etdiyi şəxsləri kimlər yaradıb?
2.Azər Mirzəxanlı heç vaxt üzlərini görmədiyi xəbər portalımızın əməkdaşlarından niyə narazıdır?
3. Azər Mirzəxanlı doğurdanmı rüşvət alır?
4.Azər Mirzəxanlının sevgilisi varmı? Əgər varsa o kimdir.
5.Azər Mirzəxanlı Ağayev Fəxrəddin Bəxtiyar oğlundan nə istəyir?
İdeologiya.az