Kərəm Həsənov icra başçısının müavinini Cəlilabaddan sürgün elətdirib

14-11-2015, 08:00           

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Cəlilabad rayon icra hakimiyyəti başçısının keçmiş müavini Asif Əzizovu rayondan sürgün elətdirib.

Bu barədə İstiqlal.az-a Cəlilabaddakı mənbə məlumat verib. Məlumata görə, Asif Əzizov işdən çıxarılandan sonra da Kərəm Həsənov ondan əl çəkməyib. Keçmiş müavinə ciddi təzyiqlər edilib və
o da məcburiyyət qarşısında qalaraq Cəlilabadı tərk edərək Bakıya köçüb.


Asif Əzizovun bağlı qalan qapısı

Qeyd edək ki, Asif Əzizov bir neçə ay əvvəl tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasının səbəbi Kərəm Həsənovla aralarında baş vermiş insidentdir. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, prezident İlham Əliyev Cəlilabada səfər etməmişdən öncə bu rayonunun qeyri-rəsmi kuratoru olan Kərəm Həsənov səfərlə bağlı hazırlıq işləri ilə bağlı tanış olmaq üçün ora gedib.
Komitə sədr görülən işlərlə tanış olarkən Asif Əzizova qəzəblənib, onu təhqir edib. Asif Əzizov da onu cavabsız qoymayıb. Bundan sonra Kərəm Həsənovla Asif Əzizov əlbəyaxa olublar. Prezidentin səfərindən sonra Kərəm Həsənov Asif Əzizovu işdən çıxartdırıb.
Məlumatlara görə, Asif Əzizov Cəlilabadda böyük nüfuza malik olduğuna görə Kərəm Həsənov onun rayonda qalmasını təhlükə hesab edib. Ona görə də təzyiq vasiyəsilə keçmiş müavini rayondan çıxartdırıb. Kərəm Həsənov bununla da kifayətlənməyib. İddialara görə, komitə sədrinin sifarişi ilə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Asif Əzizovdan siyasi proseslərə qarışmayacağı, ümumiyyətlə sakit duracağı barədə iltizam alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.