Sumqayıt icra başçısının zibilxana biznesi

15-11-2015, 21:16           

Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı oğlu Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən şəhər zibilxanasını özəlləşdirib.

Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, 40-a yaxın şəxs həmin zibilxanada müxtəlif məişət tullantılarını toplayaraq aidiyyatı müəssisələrə təhvil verib gündəlik çörək pulu qazanırmış. Lakin artıq bir müddətdir ki, onlar bu qazancdan məhrum olublar. Bildirilir ki, Zakir Fərəcovun qardaşı oğlu zibilxananı hasarlatdırıb. Milliyyətcə özbək olan bir neçə nəfərə ordakı məişət tullantılarını toplamağı tapşırıb. Toplanan tullantılar sonradan müvafiq müəssisələrə verilir.

Beləliklə, icra başçısının qardaşı oğlu 40-a yaxın insanın çörəyini əlindən alıb. Onlar heç zibilxananın həndəvərinə buraxılmır. Mənbə deyir ki, həmin şəxslər məsələ ilə bağlı Prezident Administrasiyasına şikayət ediblər. Yaxın vaxtlarda isə məsələni ictimailəşdirmək niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru