RYTN-nin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisinə qarşı "MTN işi" ittihamı... - Rüşvət və korrupsiya burulğanı...

16-11-2015, 14:58           
RYTN-nin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisinə qarşı "MTN işi" ittihamı... - Rüşvət və korrupsiya burulğanı...
Redaksiyamıza Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi Telman Hüseynova qarşı ağır ittihamların yer aldığı informasiya daxil olub. Belə ki, DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatda Telman Hüseynov Eldar Mahmudovun əlaltısı kimi təqdim olunur...

Dia.az-a verilən xəbərdə deyilir: "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsində baş verən özbaşınalıqlar heç bir qurumda mövcud deyil. Eldar Mahmudovun yaxın qohumu Mahmud Mahmudov da, Vəli Mahmudov da məhz HMİ-də rəis müavini işləyiblər. Ancaq Tərlan Nəsirovu qanunsuz olaraq, hədə-qorxu ilə həmin vəzifədən kənarlaşdırdılar. İdarənin rəisi Telman Hüseynov isə idarə yaranan gündən rüşvətxorluqla məşğuldur".

Bildirək ki, bu ittihamlardan əlavə mənbə daha ağır ittihamlar da səsləndirir. Dia.az-a daxil olan xəbərdə deyilir: "HMİ-də elə bir mühafizəçi yoxdur ki, işə pulsuz düzəlmiş olsun. HMİ-də bu gün 906 mühafizəçi işləyir. Bu da Telman Hüseynovun nə qədər qazanc əldə etməsini təxmini olaraq ortaya qoyur. Hər işçidən ən azından 1000 manatdan yığılarsa, 1 milyon manat təkcə işəgötürmədən əldə olunur.

İşçilər isə öz işlərini yerinə yetirmirlər. Dövlətin idarələrində mühafizə ən aşağı formada təşkil olunur. Dövlət qurumlarının HMİ-yə etibar olunan qapıları karvansara qapılarını xatırladır".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru