Azərbaycanlı oliqarx “qızıl balığı” necə tutdu…

16-11-2015, 23:40           
Azərbaycanlı oliqarx “qızıl balığı” necə tutdu…
Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu kimi tanınan və xalq arasında “İlham Putinka” kimi məşhurlaşan azərbaycanlı oliqarx İlham Rəhimovun biznesi təkcə bazarlardan və kommersiya təyinatlı daşınmaz əmlak biznesindən ibarət deyil.
Virtualaz.org saytı xəbər verir ki, nüfuzlu “Sobesednik” həftəliyi onun balıq işinə girdiyini də yazır.
Rusiya nəşri Putinin digər tələbəlik dostu, tezliklə ölkənin balıq bazarında iri oyunçuya çevriləcəyi təxmin edilən Nikolay Yeqorovun bioqrafiyasını araşdırıb. Məlum olub ki, Putinin digər zəngin dostlatı qədər məşhur olmayan Yeqorov neftin dəyərdən düşdüyü bir vaxtda “qara qızıl”dan daha çox gəlir gətirə bilən sahəyə – balıqçılığa girişib və “qızıl” balıq artıq onun toruna düşüb.
Bu günlərdə Putin Dövlət Şurası Rəyasət Heyətinin iclasında Rusiyada balıqçılıq təsərrüfatı kompleksinin inkişafı məsələlərini müzakirə edib. Və “Sobesednik” araşdırıb ki, Putinin dostları üçün bu iclas sürpriz olmayıb. Çünki onunla bir kursda oxuyan Yeqorov və ortaqları ölkənin mərkəzi və şimal-qərb regionlarında balıqçılıq təsərrüfatlarını almağa başlayıb.
Yeqorovun “İnvestision həll” (“İnvestisionnıe reşeniya”) firmasındakı ortağı Putinin digər tələbəlik dostu İlham Rəhimov və prezidentə yaxın iş adamlarından hesab edilən Mixail Klişindir.
Nikolay Yeqorov özü vəkildir, özü də məşhur vəkildir. Onun vəkil bürosu dünyanın 100 ən aparıcı hüquq kontoru sırasındadır. Eyni zamanda Yeqorov bizneslə məğuldur. Ancaq Yeqorovun Putinlə dostluq münasibətləri haqda çoxları bilmirdi.
Putinin tələbə yoldaşlarından Leonid Poloxov deyir ki, Yeqorvla indiki prezident hələ tələbəlik vaxtından dostluq ediblər. Sonradan Kolya aspiranturaya daxil olub və Sankt-Peterburq meriyasında Vladimir Sobçakın yanında işləyib, Vladimir isə KQB-də işə keçib. Putin Almaniyadan qayıdanda və işsiz qalanda onu meriyada işə də məhz Kolya dəvət etmişdi.
Nəşr yazır ki, Putinin digər dostu Gennadi Timçenko da balıqçılıq biznesində artıq möhkəmlənib.
Rusiyada balıqçılıq sənayesinin bərbad vəziyyətdə olması Qərbin sanksiyalarından sonra müzakirə olunmağa başlayıb. Məlum olub ki, hər tərəfdən okeanlarla, dənizlərlə əhatə olunan, göllərin, çayların sayı-hesabı bilinməyən ölkəyə balığı Norveç və ya Çili ixrac edir. Rusiya isə özünü balıqla təmin edə bilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.