Qobustan qoruğunun ərazisində əkilən 3 mindən çox ağacın hamısı yandı – VİDEO

3-01-2020, 22:42           
Qobustan qoruğunun ərazisində əkilən 3 mindən çox ağacın hamısı yandı – VİDEO
Ötən ilin aprelində Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində əkilən ağaclar məhv olub.

Teref.az-ın xəbərinə görə, tinglər susuzluqdan quruyub.

Qeyd: 2019-cu ilin aprelin 3-də yayılan məlumatda bildirilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizli yaz ağacəkmə kampaniyası çərçivəsində qoruq ərazisində ağacəkmə aksiyası həyata keçirilib. Aksiyada ümumilikdə 3 mindən artıq ağacın əkildiyi qeyd olunub.

Ölkədə bu cür faktlar kifayət qədərdir. Yaşıllıq görüntü xatirinə salınır, sonra qulluq edilməyindən məhv olur. Belə halların baş verməsi dövlət büdcəsindən əlavə vəsait itkisinə səbəb olur.(Pravda.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru