"Cənab başçı, seçkiləri saxtalaşdırsan..." - Hacıqabul camaatından MÜRACİƏT

31-01-2020, 00:27           
"Cənab başçı, seçkiləri saxtalaşdırsan..." - Hacıqabul camaatından MÜRACİƏT
"Cənab başçı, seçkiləri saxtalaşdırsan, gərək, Hacuqabulda qalmayasan. Biz Əhməd Muxtarovdan bezən adamlarıq. Sizi də cənab Prezident inanaraq bu kürsüyə layiq bilib. Amma Siz xatakarlığa meyilli olsanız, Hacıqabulda bir gün də qala bilməyəcəksiniz". Bu sözlər Hacıqabul rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilova ünvanlanmış rayon sakinlərinin müraciətində yer alıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra deyilir: "Biz Prezidentə inanırıq. Amma Sizə inanmırıq. Çünki özünüz köhnə deputatsınız. Həm də indidən görürük ki, idarə və təşkilatlara necə tapşırıq vermisiniz. Hələ müşahidə edirik. Amma səsimiz batmayıb və Hacıqabul camaatı nə Sizə dözən deyil, nə də Sizin hansısa namizədə görə, dövlətin adını biabır etməyinizə, Biz sakinlər olaraq xəbərdarlıq etdik. İndi söz Sizdədir".

Qeyd edək ki, rayon sakinləri daha ağır ifadələr işlədiblər. Biz izə yumşaq formada camaatın narazılığını çatdırdıq. İddia olunan mövqe ilə əlaqədar qarşı tərəfin rəyini ala bilmədik. Amma fikirləri olarsa, yaymağa hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru