Şamaxı mədəniyyət evinin müdiri Tamam Cəfərovanın alovlu təbliğatçılığından əl çəkmir – FOTO

31-01-2020, 20:58           
Şamaxı mədəniyyət evinin müdiri Tamam Cəfərovanın alovlu təbliğatçılığından əl çəkmir – FOTO
85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd olan, ehtiyatdakı polkovnik Əzizağa Süleymanov yenidən MSK sədri Məzahir Pənahova müraciət edib

Azinforum.az namizədin sosial şəbəkədəki hesabında yaydığı müraciətin mətnini və fotoları təqdim edir: “MSK sədri hörmətli Məzahir Pənahovun nəzərinə.
Hörmətli sədr, 85 saylı Şamaxı seçki darəsində Şamaxı rayon mədəniyyət evinin müdüri əvəzi Rəfail Hüseynov 28 yanvar tarıxındə Mədəniyyət evinin açlışı adı ilə rayon rəhbərliyi tərəfindən aldadılıb klubun açılışına gətirilən müəllim və həkimlərin qarşısında çıxış edən deputatlığa namizəd Tamam xanım Cəfərovanın alovlu nitqindən nə təhər cuşa gəlibsə, üstündən üç gün keçməsinə baxmayaraq, Tamam xanımın şəkili olan posterləri Mədəniyyət evinin girişinin sağ və solunda hələ də aslı saxlayıb”.

Qeyd edək ki, bundan əvvəl də, KİV-lərdə Rəfail Hüseynovun qanunazid olaraq, Tamam Cəfərovanın təbliğat tədbirlərində iştirakını sübut edən fotolar yayılıb. Təəssüflər olsun ki, Şamaxı rayon rəhbərliyi və DSK bununla bağlı hələ də tədbir görmür.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru