Aydın Hüseynov seçki qanunvericiliyini pozur - VİDEO

1-02-2020, 14:31           
Aydın Hüseynov seçki qanunvericiliyini pozur - VİDEO
11 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizəd Aydın Hüseynov seçki qanunvericiliyinin tələblərini pozur.

Məsələ ilə bağlı AFN-ə açıqlama verən adının çəkilməsini istəməyən seçki mütəxəssisinin sözlərinə görə, A.Hüseynov təbliğat-təşviqat kampaniyasında "Mir" TV-dən istifadə edib: "Seçki Məcəlləsinin tələbinə görə nizamnamə kapitalında xarici vəsaitin payı 30 faizdən çox olan təşkilatlar seçkiqabağı təşviqatda iştirak edə bilməzlər. Mir telekompaniyasının büdcəsi MDB respublikalarından ayrılan vəsait hesabına fomalaşır və burada Azərbaycanın paytı çox azdır. Yəni xarici vəsaitin payı 30 faizdən çox-çox yuxarıdır. Beləliklə, Aydın Hüseynovun təbliğ edilməsi ilə seçki qanunverciliyinin tələbləri kobud şəkildə pozulur".
Qeyd edək ki, "Mir" TV-nin A.Hüseynovun seçki qərargahından hazırladığı reportajı deputat-namizəd özünün sosial şəbəkədəki hesabından paylaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru