Göyçay Dövlət İdarəetmə və texnologiya kollecində "açıq bazar" - FOTO, VİDEOFAKT

1-02-2020, 17:26           
Göyçay Dövlət İdarəetmə və texnologiya kollecində "açıq bazar" - FOTO, VİDEOFAKT
Teref.az olaraq poçtumuza daxil olan şikayəti təqdim edirik. Şikayətçi yazır:
Hörmətli redaksiya sizin portal mütəmadi izlədiyim və dürüstlüyünə güvəndim bir neçə mətbuat orqanlarından biridir.Hər zaman işıqlandırdığınız problemlərin, aktual məsələlərin həllini tapması üçün onu diqqətdə saxlamağınız, sizin peşəkarləğınızdan xəbər verir. Mən özüm təqaüddə olan müəllim olaraq bu gün təhsildə baş verən neqativ halları və bəzilərinin müəllim adına ləkə gətirdiyi əməlləri görəndə cox üzülürəm.Bu yaxın gündə qarşılaşdığım bir mənzərədən çox mütəssir oldum. Nəvəm Göyçay Dövlət İdarəetmə və texnologiya kollecinin birinci kursunda təhsil alır.Keçirilən qış sesiyasında imtahanları başa vursada, sonda nəticələrinin yaxşı olmadığını daha dogrusu 5 imtahandan keçmədiyini ona bildiriblər.Baxmayaraq ki bu məsələ özü çox şübhəlidir.Çünki nəvəmin bildirdiyinə görə o imtahanlardada nəticə olmalıydi. Onun qiymətləndirilməsinin bu cür olması və ondan bunun qarşılığında pul tələb edilməsinə görə üz tutdum bu kollecə.Yolum uzun olsada ən azı keçmiş müəllim kimi burda görüşə biləcəyim insanla daha rahat dil tapa biləcəyimi düşünürdüm.Amma necə deyərlər sən saydığını say gör kollecin direktoru, müəllimələri nə sayır.İlk içəri girdiyimdə çox təəcübləndim, tələbələrin əlindəli vərəqləri görəndə bunlar nədi deyə nəvəmdən soruşdum.Nəvəm isə baba bunlar pulun verib imtahan vərəqin alıb, cavabları yazmaq üçün yığışıblar.İkinci mərtəbədə isə əsl növbə vardı tələbələr, valideynlər baglı qapı arxasında ayaqüstə gözləyirdilər.Əlacsız bizdə gözləməli olduq.Nəhayət təxminən iki saata yaxın vaxtdan sonra içəri buraxdılar.Uşaqla bağlı məsələni öyrənmək üçün girdiyim otaqda bir neçə qadın müəllimə yığılmışdı.İçəridə sözün əsl mənasında açıq bazarlıq gedirdi.Açıq aşkar imtahan kəsrlərinə görə otaqda olanlardan pul alınır, olmayana vaxt verilir və bu pulu verənlərə imtahan vərəqləri verilirdi.Məndə nəvəmlə bağlı deyəndə nəsə hesablayırlar kimi karkulyatorla nəyisə vurub-çıxıb 232manat pul istədilər.Etirazıma isə ağsaqqal bizə belə deyiblər narazısınızsa direktoru görün dedilər.Əlacsız direktorun yanına yollandım və gözümün önündə uzun illər işlədiyim və gördüyüm direktor siması canlansada görüyüm insan tamam başqa cür oldu.Gəldiyimin səbəbin deyəndə vallah bu adam səsin başladı ucaltmağa, sənin niyə nəvən oxumur, burda oturub hamının problemin həll edesi deyilik ki nə deyirlər onuda verin qiymətin alsın.Bu pulun çox olduğunu deyəndə yox ondan az olmaz dedi.Açıqı gəldiyimə peşman oldum.Nəvəmin üzündə yaranan məyusluq, onun ürəyini qırmamaq üçün bu pulu əyani şöbədə oturan qadınlara verdim.Yenə əsl mənzərə: pul alan kim, vərəq axtaran kim, stolun üstünə yığılan topa-topa pulu dəstələyən kim.Həmən içəridə oldugumuz on beş dəqiqa zaman müddətində biz bərabər bəlkə bir neçə nəfərdən təxminən3000-4000 pul yığdılar.Hətta bir nəfər tələbədən 500m pul aldılar.Burdan çıxıb rayona qayıdıb gəldim və İsmayıllı dövlət humanitar və texnologiya kollecində olan müəllim dostuma zəng edib başıma gələnləri danışdım və inanılmaz məlumatlar aldım. Daha sonra şikayətçi teref.az-a yazır ki, hörmətli redaksiya sən demə birinci kurslara imtahan deyilən bir şey olmur bu özfəaliyyətdir və böyük qanun pozuntusudur.Birinci kurslarda böyük summativ qiymətləndərmə olur və fənn müəllimi tərəfindən aparılır.Buna heç kim müdaxilə etmir.İkincisi bu qərar sırf rüşvət yığmağa xidmət edir və bu təhsil ocağında bir neçə nəfərin varlanmağına xidmət edir.Bu zaman bir həqiqətidə dərk etdim ki nəyə görə tələbələrə saxta tərtib etdiyi imtahanlar haqqında yalan məlumat verilir.Bu kəsri çox göstərmək çox rüşvət yığmaq üçün fikirləşilib.Bura yığılan valideyn və tələbələrin ah-naləsi yerə göyə sığmırdı.Hər kəs burda insafsızlıqdan tüğyan edən rüşvətdən əl aparıb qan gətirirdi.Sonda bu məsələləri diqqətdə saxlamağınızı təhsilə ləkə vuran bu şəxsləri ifşa etməyinizi və təhsil naziri cənab C.Bayramova burda olanları çatdırmanızı istəyirəm.Cənab nazirdən həyatının 38 ilini təhsilə həsr edən bir qocaman müəllim kimi təhsil ocaqlarını bu cür insanlardan təmizləməyi xaiş edirəm.Rüşvət yığan bu direktoru(adı İrşad oldu səhv etmirəmsə)onun şöbədə pul yığan qadın müəllimələrin cəzalandırılmasın rica edirəm.Biz hər zaman öz şagirdlərimizə qayğı göstərməyi təhsil verməyi düşünmüşük.Sonda sizə burda çəkilən bir neçə faktı (pulun verən tələbələrin aldığı vərəqlərin şəkillərin nəvəmə çəkdirdim.)göndərirəm.
Təqaüdcü müəllim İsfəndiyar Əliyev.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandrmağa hazırıq!
Teref.az

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru