Sumqayıtda "Ən ucuz Market"-lər şəbəkəsi hansı "sehirli əl"-in vasitəsi ilə dövləti milyonlarla vergidən məhrum edir- İDDİA
7-03-2020, 00:01

Teref.az-ın poçtuna maraqlı bir araşdırma daxil olub. Müəllifin tələbi ilə adını məxfi saxlayaraq araşdırmanı oxucuıara təqdim edəcəyik.Lakin qeyd etmk istəyirik ki, araşdırmada adı çəkilən "Ən ucuz market"lər şəbəksində baş verən qanunpozuntuları ilə bağlı ölkə mediasında dəfələrlə məlumatlar dərc olunub. Amma hansısa bir sehirli əl bu marketlər şəbəkəsini qoruduğu üçün "Ən ucuz market"lər şəbəkəsi öz işini davam etdiridi.
Təqdim etdiyimiz araşdırmada o "sehirli əl"-in kim olduğu açıqlanır. Beləliklə araşdırmaçı yazır:
İqtisadiyyat Naziri Mikayıl Cabbarovun diqqətinə!
Bir neçə gün öncə Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığı sahəsində Sumqayıt şəhərində apardığı reyd nəticəsində Vüqar Qələndərova məxsus Sumqayıt şəhərində yerləşən 7 mağazadan ibarət "Ən ucuz market"lər şəbəkəsində nə az nə çox, düz 33 nəfərin rəsmi əmək müqaviləsi bağlanılmadan qeyri-rəsmi əməyə cəlb edilməsi faktı aşkar edilmişdir və bu barədə bütün televizya kanalları başda olmaqla xəbər portalları məlumat yaydı. Hamıya maraqlı gələn o oldu ki, bütün Sumqayıt şəhərini əhatə edən hamının gözəl tanıdığı bu "Ən ucuz market"lər şəbəkəsi bu qədər göz qabağında "gözə kül üfürməyi" necə bacarmışdır? Çünkü Vergi məcəlləsinə əsasən 10 nəfərdən artıq işçi sayı gizlədən müəssə barədə mütləq şəkildə Cinayət işi açılmalıdır. Şəhərin daxilində 1 ya 2 işçini qeydiyyatsız saxlayan təsərrüfat subyektləri gecə rahat yata bilmirlər ki, nə zamansa bu fakt aşkar edilsə ciddi cəzalanacaqlar. Hörmətli İqtisadiyyat Naziri Mikayıl Cabbarovun Vergilər Nazirliyindəki ən əsas fəaliyyətinin "Kölgədən çıxmağın vaxtıdır" ,"Maaşları ağartmağın vaxtıdır" devizləri ilə ölkəmizdə mövcud qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində olduğu heç kimə sirr deyildir və o da heç kimə sirr deyil ki, bu sahədə son illər görülmüş məqsədyönlü fəaliyyətin nəticəsində minlərlə qeri-leqal məşğulluq fəaliyyəti ilə məşğul olan şəxslərlə rəsmi əmək müqaviləsi bağlanılaraq onlar üçün gələcək sosial təminatlar yaradılmışdır. Bəs o zaman Vergi Xidmətinin bu sahədə aktiv fəaliyyət gördüyü zamanda necə ola bilər ki, "Ən ucuz Market"lər şəbəkəsi 33 nəfər işçini heç nədən qorxmadan əmək müqaviləsi bağlamadan uzun müddət çalışdırmışdır? Bu sualın cavabı çox sadədir: Belə ki, əslən Ucar rayonundan olan və sahibkar Vüqar Qələndərovun bir ellisi sayılan hal-hazırda Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər İdarəsində vergi müşaviri işləyən Qasımov Coşğun Əli oğlu Sumqayıt şəhəri 17-ci mikrayonda yerləşən "Ən Ucuz Market"-in icarə əsası ilə atası Qasımov Əlinin adına olması səbəbindən bütün bu olanlara göz yummuşdur. ƏDV qeydiyyatına düşməmək məqsədi ilə ümumi dövriyyənin müxtəlif vergi ödəyicilərinin adına icarə əsasında parçalanması mexanizmini də "Ən ucuz Market"lər şəbəkəsinə məhz Coşğun Qasımov anlatmışdır. Bu səbəbdən 17 ci mikrayon ərazisində yerləşən "Ən Ucuz Market"-in VÖEN-i hal-hazırda da Qasımov Əlinin adınadır. İndi aydın oldumu hansı sehirli gücün hesabına "Ən Ucuz Market"lər şəbəkəsi dövlət büdcəsini milyonlarla ödənişdən məhrum edib. Yəqin ki, İqtisadiyyat Naziri Mikayıl Cabbarov birbaşa vəzifə öhdəliyi qeyri-rəsmi məşğulluğa qarşı mübarizə olan, Lakin özü qeyri-rəsmi məşğulluğa himayədarlıq edən vergi əməkdaşları barədə qanuni ölçü götürəcəkdir.
ardı var.
Araşdırmamış davam edir və bundan sonra "Ən ucuz market"lər şəbəkəsi barədə daha ilginc faktlarla oxucuları tanış edəcəyik!
Teref.az olaraq maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az