BİABIRÇILIQ!! Ağsu İcra nümayəndəsi "sosial şəbəkədə paylaşılan şəkil Bico kənd Ərazi Nümayəndəliyinin qarşısından çəkilməyib" dedi, lakin təkzibedilməz videocavab aldı...VİDEO

13-07-2020, 00:04           
BİABIRÇILIQ!! Ağsu İcra nümayəndəsi "sosial şəbəkədə paylaşılan şəkil Bico kənd Ərazi Nümayəndəliyinin qarşısından çəkilməyib" dedi,
Ağsu Rayon İcra Hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin binasının qarşısındakı bayrağın yararsız hala düşməsi geniş rezonansa səbəb olub.
Teref.az yazır ki, bu barədə dünənki sayımızda fotoqraf Orxan Əzim istinadən xəbər vermişdik və Orxan Əimin çəkdiyi fotonu təqdim etmişdik. O, sosial şəbəkədəki paylaşımında “Bu bayraq Ağsu Rayon İcra Hakimiyyəti Bico kənd ərazisi üzrə icra nümayəndəliyinin binasının qarşısında asılıb. Bu qədər də yox!” qeydini yazıb.
\https://teref.az/manset/159226-asuda-dovlet-atributu-olan-bayraga-hormetsizlik-fotofakt.html
Ağsu Rayon İcra Hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəhlul Mahmudov məsələyə münasibət bildirib, yayılan məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

İcra nümayəndəsi deyib ki, fotodakı bayraq şəklinin Bico kənd ərazi nümayəndəliyinə heç bir aidiyyəti yoxdur və həmin şəkildəki parçalanmış bayraq başqa ərazidə çəkilib: “İyunun 21-də Bico kəndi ərazisində güclü külək olub və həmin vaxt həmçinin kənd ərazisində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın başlayıb. Mən də nümayəndəlikdən çıxıb yanğın olan əraziyə yollanmışam. Axşam saatlarında yanğının qarşısı alınıb və mən nümayəndəliyə qayıdanda görmüşəm ki, inzibati binanın qarşısındakı bayraq küləyin gücündən süzülüb. Dərhal bayraq çıxarılıb və yenisi ilə əvəzlənib. Kənd ərazisində yaşayan bəzi şəxslər qərəz nümayiş etdirərək hardansa köhnə və cırılmış bayraq fotosu taparaq fotoqraf Orxan Əzimlə birlikdə həmin şəkli sosial şəbəkələrdə paylaşıb. Hazırda inzibati binanın qarşısındakı bayraq təzədir, istənilən şəxs bunun şahidi ola bilər. Bir daha qeyd edim ki, sosial şəbəkədə paylaşılan şəkil Bico kənd Ərazi Nümayəndəliyinin qarşısından çəkilməyib".

Fotoqraf Orxan Əzim icra nümayəndəsinə cavab olaraq ərazidən çəkdiyi videonu təqdim edib və bildirib ki, bayraq məsələsi həssas mövzudur, ona görə hər kəs ifadə etdiyi fikirdə diqqətli olmalıdır.
Orxan Əzimin cavab statusu:
"Orxan Əzim
53 мин. ·
Ağsu rayon icra hakimiyyətinin rəsmisi, paylaşdığım bayraq şəklinə görə açıqlama verib, məni qərəzli olmağda günahlandırıblar. Demişdilər ki, montajdı Bico kəndinə aid deyil. Mən də video çəkmişdim, paylaşıram. İndi rəsmi olaraq üzr istəsinlər.
P.S. Bu bayraqdı, hansısa bir əşya deyil!"
O.Əzimin çəkdiyi cavab videosunu təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.