Xidmət göstərməyib amma arsız-arsız üzə dirəşib komissiya haqqı tuturlar - Yelobankda İTTİHAM
13-09-2020, 00:01

Şikayətim Yelobankdandır.
27 avqust " zolotaya korona" sistemi ilə Ucar rayonuna pul yolladım.94 manat pul idi 1 manat isə komissiya haqqı.( cəmi 95 manat)
Bu gün isə artıq 10 sentyabrdır, düz 3 dəfə ayrı- ayrı tarixlərdə gedib gəldim bu xarabaqalmış banka.Amma pulu göndərdiyim adam nə Ucarın poçtundan, nə də heç bir bankdan ala bilmədi.
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Aytən Atar şikayətini bu sözlərlə başlayıb. Daha sonra Aytən Atar xanım yazır:
Ucarda olan bankdaki və poçtdaki əməkdaşlara soruşuram problem nədədir deyirlər ölkə daxili "zolotaya korona" sistemi ilə pul vermirik.Yelobank səhv edib yollayıb bu köçürmə sistemi ilə.
Yelobanka gedirəm o da məsuliyyəti öz üzərindən atır.At kimi üzümə dirəşirlər hamısı.Durub mənə deyir ki , biz dəfələrlə belə problem yaşamışıq rayonlara bu sistemlə pul yollayanda.Bu sistemlə problem yaşamısınızsa niyə bəs mənim pulumu rayona bu köçürmə sistemi ilə yolladınız ???
Nəisə. Bankda şikayətimi heç kəs nəzərə almadı. Bu gün pulumu ala bilmədim çünki sistem saat 17:00da bağlanır. Mən isə banka saat 17:04də yaxınlaşmışdım.Sabah yenə məcbur o banka getməliyəm pulumu geri almaq üçün
1 manat komissiya haqqı tutulan pulda haramları olsun hamısının. Xidmət göstərməyib amma arsız-arsız üzə dirəşib komissiya haqqı tuturlar.
Yazmaqda məqsəd sadəcə digər müştərilər də bu tip problemlə üzləşməsin deyə yazmışam.
Sabah siz də pul yollamaq istəsəniz , amma yolladığınız adam pulu ala bilməyəndə , at kimi üzünüzə dirəşib deyəcəklər ki bu bizim problem deyil.
Teref.az olaraq vətəndaşın qaldırdığı problemlə bağlı Yelobank-ın mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
