Sumqayıtda Prezident Sərəncamı belə icra olunursa işıqlığa çıxmadıq - İTTİHAM/FOTO

14-09-2020, 07:25           
Sumqayıtda Prezident Sərəncamı belə icra olunursa işıqlığa çıxmadıq - İTTİHAM/FOTO
Teref.az xəbər verir ki, Sumqayıt şəhər sakini Kənan Mustafayev Sumqayıt şəhərində Prezidentin sərəncamlarının gözdən pərdə asmaqla icra olunduğundan şikayət edir.
Kənan Mustafayev yazır ki, bildiyiniz kimi cənab Prezidentin sərəncamı ilə Sumqayıt şəhərindəki qaranlıq küçələrin müasir LED işıqlandırılmasına Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb və hal-hazırda bu istiqamətdə işlər görülür.
Lakin çox qəribədir ki, mikrorayan və məhlə daxili qaranlıq küçələr qaldığı halda onsuzda gen-bol işıqlandırılan prospekt və küçələr yenidən yeraltı xətlər çəkilməklə işıqlandırılır. İşıqlı mərkəzi küçə və prospektlərdən məhəllə və mikrorayonlara dönən yollar isə necə ki əvvəllər qaranlıqa qərq olmuşdur helə də qalmaqdadır.
Amma xatırlayırsızsa Prezident sərəncamını diqqətlə oxusaq görərik ki, Sumqayıt şəhərinin bütün mərkəzi məhəllə və mikrorayonları bu sərəncamın icrası nəticəsində işıqlandırılmalı idi. Ulu öndər Heydər Əliyevin heykəlinin 150 metrliyində YAP Sumqayıt şəhər təşkilatının 50 metrliyində Zülfü Hacıyev küçəsi 6 cı mikrorayon bina 1 ilə 4 arasındakı yol daima qış günlərində palçıqlı küçə olmaqla yanaşı həm də bir neçə işıq dirəyi olmasına baxmayaraq zil qaranlıq küçədir.
Nəzərə alsaq ki bu yoldan bir çox avtomobillər qısa yol kimi istifadə edərək dəniz qırağı Sahil küçəsinə çıxmaq üçün alternativ qısa yol kimi istifadə edirlər bu qaranlıq və palçıqlı yolun necə də əhəmiyyətli olduğunu anlamaq olar. Əsasən də qarşıdan gələn qış mövsümündə bu yolun yağış suları ilə dolmuş gölməçələrlə dolu qaranlıq yol olduğunu xatırladıqda heç qışın gəlişin bu ərazidəki sakinlərin heç biri istəmir.
O ki qaldı Prezident sərəncamını icra edən işıqlı küçələri yenidən işıqlandırmaqla məşğul olan iş icracılarına onların ümidinə qaldıqsa olan qalan işıqlı yollarımıza da qaranlıq çökməsə yaxşıdır. Çoxsaylı sakinlərin adından xahiş edirik ki, Sumqayıt şəhəri 6 cı mik, bina 1 ilə 4 arasındakı uzanan yol boyu da işıqlandırılsın.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.