"Kontakt Home-də mənə xarab malı satmaları azmış kimi hələ birdə üzə durur..."- ŞİKAYƏT

15-09-2020, 06:59           
"Kontakt Home-də mənə xarab malı satmaları azmış kimi hələ birdə üzə durur..."- ŞİKAYƏT
Hər kəsə salam. 05.09.2020-ci il tarixdə Kontakt Home-nin Əhmədli filialından 900 manat dəyərində laptop almışam.
Lakin evə gəldikdən sonra, göstəricilər yüksək olmasina baxmayaraq tez-tez donurdu. Məndə bu barədə həmin filiala yaxınlaşdım.
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Şadman Əmirxanlı Kontakt Home-dən şikayətini belə başlayıb. Daha sonra Şadman Əmirxanlı yazır:
Orada bir sarı saç özünə qadın deyən məxluqla bir qədər mübahisə etdik. Mübahisənin səbəbi o idi ki, mənə xarab malı satmaları azmış kimi hələ birdə üzə durur və deyirlər ki, servisə get ( deyiliş tərzindən hiss olunur ki, ilk deyiləm).
Mən yenədə narazılığımı bildirsəmdə sağ olmasınlar bütün əsəbimlə oynadılar.
Teref.az yazır ki, daha sonra Şadman Əmirxanlı sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Təklif edirəm ki, Kontakt home ile bağlı şikayəti olan şəxslər mənə yazsın. Həmin şirkətdən kütləvi şəkildə məhkəməyə şikayət edilməsi üçün bütün sənədləşməni öz üzərimə götürürəm.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.