"Bir saata gələn taksi məni iki dəqiqə gözləyib deyə sifariş qiymətindən 50% artıq pul istəyir"- ŞİKAYƏT

15-09-2020, 09:35           
"Bir saata gələn taksi məni iki dəqiqə gözləyib deyə sifariş qiymətindən 50% artıq pul istəyir"- ŞİKAYƏT
Teref.az xəbər verir ki,sosial şəbəkə istifadəçisi Bəhruz Sh aşağıdakı şikayət məzmunlu statusunu paylaşıb. Statusu təqdim edirik:
Salam. Şikayətim *2111 taksi xidmətindəndir.
Onsuz da sirr deyil ki, taksini çağırırsan, bir saata gəlirlər. Amma elə bir saat idi ki, "Bolt"da qiymətlər yüksək idi. Məcbur bunlatı yığdım. Bir saata yaxın müddət taksi gözlədim, bu ayrı.
Gediş haqqı yazıb 4.20. Oturdum taksiyə, yolda da bir dəqiqə gözlədi ki, marketə girim. Çatandan sonra 5 manat vermişəm, deyir ki, "6 manat edir." "6 verə bilərsən?" yox ee, a kişi. "6 manat edir". Ondan sonrakı dialoqumuz:
- 6 eləmir axı, 4.20 edir.
- Yolda da gözlətmisən də.
- Sifarişdən sonra 1 saat da siz gözlətmisiz. İkincisi də, 5 manat vermişəm, artıqdır onsuz.
- 4.70 yazıb da, 30 qəpik qalır.
- 4.20 yazıb, 80 qəpik qalır.
- Hanı, bax, 4.50 yazıb. (Manipulyasiya üçün ekranı sönülü olan telefonu götürüb, yenə qoyur yerinə, ağıllı)
- A kişi, 4.20 yazıb sifarişdə.
- Hə, yaxşı, hə, hə, düş, eyni yox, hə, hə.
Ergen qızlar kimi trip atmağına gülməyim tutdu, o ayrı. Bu kapitalizmin hansı levelidi də. Bir saata gələn taksi məni iki dəqiqə gözləyib deyə sifariş qiymətindən 50% artıq pul istəyir. İstəmək o yana, dirəyir. Bəlkə, üstümdə o pul var, taksini çağırmışam mən. Onsuz vermədim pulu, amma bunlar qədər səviyyəsiz taksi xidməti görməmişəm. Onsuz 10 dəfə çağırırsan, birində gəlib çıxır taksi.
Bir dəfəsində gəlmədi, "Bolt" çağırdım, gedib işimi həll edib, qayıtmışam evə. Taksi zəng edir ki, "Hardasız?". WTF da?!
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.