Quba - Vəlvələ kəndinin "su harayı" - VİDEO

19-09-2020, 00:57           
Quba - Vəlvələ kəndinin "su harayı" - VİDEO
Teref.az yazır ki, Quba rayonunun Vəlvələ kəndində kənm sakinləri su deyib haray çəkirlər. Kənd sakinlərinin şikayətini təqdim edirik:
“Deyirlər ki, artezian vurulub, ancaq Vəlvələ kəndinin ərazisində hara vurulub, biz onu bilmirik”.
Quba rayonunun Vəlvələ kəndində sakinlər susuzluqdan əziyyət çəkirlər. Onların sözlərinə görə, prezidentin sərəncamı ilə kəndin susuzluq probleminin həlli üçün artezian quyusu qazılsa da, sakinlər həmin artezian quyusunun nə özünü tapa bilirlər, nə də suyunu...
“10 dənə artezian Quba rayonuna ayrılıb, 10-dan 1-i də bizim Vəlvələ kəndinin payına düşüb. Biz bu barədə neçə dəfə icra hakimiyyətinə müraciət etdik, yenə də mümkün olmadı. Dedilər ki, nə vaxt növbəniz çatacaq, onda da quyunu qazarıq. Halbuki fakt cənab prezident bizim üçün bu artezianı ayırıb, amma biz ondan istifadə edə bilmirik. Hara vurublar, neyniyiblər, baş aça bilmirik”
Sakinlər suyu Vəlvələ çayının sahilində fəaliyyət göstərən karyerlərdən gətirdiklərini, çox vaxt da nəğd pulla aldıqlarını deyirlər.
“2 il 2 aydır ki, kənardan pul verib su gətiririk,pulla su alırıq. Su yoxdursa, hardan satırlar? Köhnə bələdiyyənin vaxtında dedilər ki, oktyabrda su olacaq. Oktyabrdan gəldi çıxdı marta, bələdiyyələr dəyişildi, ancaq yenə də həmin problemdi, yoxdu su, heç xəttdə su yoxdu. Nasosla da vurub, su ala bilmirik”
Kənd sakini Xancan Şükürov icra nümayəndəsinin bu kənddə yaşamadığı üçün problemlərə səthi yanaşdıqlarını deyir:
“İcra nümayəndəsi bu kəndin sakini deyil,onun üçün bu kəndin hansısa problemini həll etmək heç maraqlı da deyil. Çünki o, burda yaşamır. Onun suyu gəlir, bələdiyyənin də suyu gəlir. ”
Kənd bələdiyyəsinin sədri Tahirmirzə Məmmədov isə Vəlvələ kəndinin ərazisində 13 su-artezian quyusunun olduğunu söyləyir.
Sakinlər də biz də, böyük səbrsizliklə kəndin su ilə təmin olunacağını gözləyirik.
Teref.az olaraq bizdə gözləyək!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.