Bülbülə qəsəbəsində qəbirsanlıq "savaş"-ı - ŞİKAYƏT
19-09-2020, 11:15

Teref.az xəbər verir ki, poçtumuza Suraxanı rayonu Bül bülə qəsəbəsindən şikayət daxil olub. Şikayət edən qəsəbə sakinləri yazırlar:
Teref Az saytina
Suraxani rayonu Bül bülə qəsəbə sakinləri adindan
Hörmətli Redaksiya !
Qəsəbəmizin problemi özümüzə aid olsada bugün Qoçalar evində Aqsaqqallar şurasinin və Dini İçmanin sədri Kərbəlayi Tofiqin iştiraki ilə caqirilan içlasda baş verən hadisələr artiq qirmizi xətti kecdiyinə görə Sizə müraçiət etmək qərarina gəldik .
Sizin sayt vasitəsi ilə bu məsələni işiqlandirmaqinizi və müraçiətimizi başda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi olmaqla DTX DİN və Baş prakrorluqa ünvanlamaqinizi xaiş edirik .
Beləki bizim qəsəbədə qəbristanliq artiq dolmaq üzrədir . Qəbristanliqin aşaqi tərəfində göl var həmən gölə vaxti ilə Bakixanov daxil olmaqla rayonumuzun cirkab sulari axidilirdi . Yeni kanalizasiya xətləri cəkiləndən sonra həmən gölə gedən cirkab sularin qarşisi alinib deyə gölün müəyyən hissəsi qurudulub .
Rayonumuza yeni təyin olunmuş İçra Başcisi Əziz Əzizov qəsəbəmizlə tanişliğa gələndə Aqsaqqallarin və Dini İçmanin sədri Kərbəlayi Tofiq və digər sakinlər həmən qurudulmuş ərazini başciya göstərərək oranin qəbristanliqa qatilmasini xaiş etmişlər . Başcida buna şifahi şəkildə içazə vermişdir . Buna görə əlbətdəki biz ona sakinlər adindan təşəkkür edirik . Bugünki içlasin caqirilmasininda məqsədi həmən yerin hasara alinaraq qurudulmuş yerə yeni torpaq tökülməsinə lazim olan maddi vəsaitin yiqilmasi ücün mənbə axtarilmasi ilə əlaqədar içma və aqsaqqallarin fikrin öyrənmək idi . İçma sədri Kərbəlayi Tofiq içlasa başlayaraq məsələni diqqətə catdirdi və hərkəsdən fikir bildirmək məsləhət almaq istədi . Bir nəfər məsləhət bildiki 3 - 4 inanilmiş adam ayiraq qəsəbədə qapilara düşüb hər evdən bu işin həllinə hər evdən 10 manatdan pul yiqsin .
Bu fikir müzakirə olunan anda vaxti ilə qəbristanliğa nəzarət edən Kərbəlayi Niyaz içlasda iştirak edən iştirakci Məşədi Çavidə müraçiət edərək qəbristanliqda 7 adama böyük məbləqə satilan yerlərin pullari haqqinda hesabat verməsini xaiş etdi . Məşədi Çavid bu məsələn köhnə olduqunu və haminin bundan xəbərdar olduqunu bildirdi .
Elə bu anda kənd sakini fəallardan olan Nəbi yerindən Məşədi Çavidə qişqiraraq
- Mən 6 eşitmişdim bəs bu 7 çi hardan cixdi niyə sən bunu bizdən gizlədirsən.- deməsi ilə ara qarişdi bir birinin ünvanina təhqiramiz ifadələr edərək əlbəyaxaya başlamaq istədi .
Təbiiki biz buna imkan vermədik və onlari sakitləşməyə calişdiq . Ölkədə KARRUPSİYA və DƏLƏDUZLUQLA baqli möhkəm mübarizə aparildiqi halda qəsəbəmizdə qəbristanliqda dəfn ücün ayrilmiş yerlər müxtəlif ad altinda ağla gəlməz qiymətlərə satilir. Bundan aqsaqqallarin və dini içmanin sədri Kərbəlayi Tofiqdə xəbərdardir, ançaq hansisa maraqa qarşisin almaq istəmir .
Teref.az-a müraciət edən qəsəbə sakinləri daha sonra yazırlar:
Hörmətli REDAKSİYA bu hadisə utandiriçidir . Odurki Sizdən xaiş edirik bu biabirciliqa son qoyulmasi ücün bunu işiqlandiraraq lazimi ünvanlara catmasina yardimci olasiniz .
Qəbristanliqi Dəfn mərasimi bürosuna versinlərki bizimdə çanimiz bu problemdən qurtarsin . Onuda diqqətinizə catdirimki bu işdə Bələdiyyənində xüsusi rolu var! Onlarda bu vəziyyətdən istifadə edərək hər ölü dəfninə görə ölü sahiblərində 150 manat dəfn pulundan əlavə 63 manatda pul yiqir . Həmən pulun təyinati isə qaranliqdir . Qabaqcadan sizə təşəkkürümüzü bildiririm
Baki şəhəri Suraxani rayonu Bül bülə qəsəbəsi
18 09 2020 çi il
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az