Beynəlxalq Banklın proqramının xətasına görə müştəri itiridiyi halda, Bank niyə qazanmalıdır? FOTOFAKT
19-09-2020, 12:49

Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Cavid Cəfərov Beynəlxalq Bank-ın işindən şikayətçidir. Onunla həmfikir olan vəötıəndaşlarıda düşündürən bir sual var.
Axı niyə Beynəlxalq Banklın xətasına görə onlar yəni müştərilər pullarını itirməli Bank isə buna görə onlardan pul tutmalıdır. Cavid Cəfərov başına gələnləri şikayətində belə nəql edir:
Salam. Şikayətim Beynəlxalq Bankdandır. Sentyabrın 4-ü Tamkart kredit kartıma İBAM proqramı vasitəsilə qalıq borcumu ödəməyə çalışdım.
Krediti ödə vasitəsilə 170 manat pulu ödədim, ödəniş uğursuz oldu, yenidən bir neçə dəfə cəhd etdim, yenə uğursuz oldu.
Məbləği 160 manat etdim, yenidən cəhd etdim, yenə əməliyyatın uğursuz olduğun yazdı. Səhəri gün baxıram ki məbləğlərin hamısı hesabımdan çıxıb oturub tamkartın balansına. Əlaqə saxlamışam bankla , deyiblər ki 1 ci gün sizinlə əlaqə saxlanılacaq, nömrə götürüblər.

Əlaqə saxlamayıblar, 2 ci gün yenidən özüm əlaqə saxlamışam. Deyirlər ki, biz kömək edə bilmərik, hesabdan nağdlaşdıra bilərsiz, komissiya tutulacaq ancaq.
İzah etməyə çalışıram ki məbləğin bu şəkildə tutulması mənim(müştərinin) səhvi ucbatından deyil , proqramda olan xəta ucbatındandı, deyirlər bizlik bir şey yoxdu, məbləği istifadə etsəz komissiya haqqı tutulmalıdı.
Teref.az olaraq Beynəlxalq Bank-ın mövqeyini dərc etməyə hazırıq!
Tertef.az
