Gənclərimizə hərbi bilet “satan” Nizami Nəbiyev həbs olunmalıdır- İDDİA

27-09-2020, 11:25           
Gənclərimizə hərbi bilet “satan” Nizami Nəbiyev həbs olunmalıdır- İDDİA
Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış Üzrə Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev tutduğu vəzifədən azad olunub. Bu barədə dosye.org-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Nəzərinizə çatdıraq ki, adı rüşvət qalmaqalında adı hallanan şöbə rəisinin əməllərindən və digər neqativ olaylardan geniş məlumat vermişdik. Belə ki, Cəlilabad rayonunda səfərbərliyə yararlı gəncləri dolayısı yollarla hərbi xidmətdən yayındırır və bunun muqabilində küllü miqdarda rüşvət aldığı barədə tənqidi məqalələr dərc edilib. Məlumat sosial şəbəkədə yayımlandıqdan sonra dərhal şöbə rəisinin əməlləri barədə Hərbi Prokurorluğa və digər qurumlara rəsmi müraciət edilmiş, araşdırmalar aparılmışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov da öz növbəsində məsələnin dərindən araşdırılmasına göstəriş vermiş və şöbə rəisi N. Nəbiyevin bütün saxtakarlığı ifşa edilib.

Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış Üzrə Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyevin atdığı addım bir növ ölkəni düşmənə təmsil etmək kimi qiymətləndirilir. Müharibə şəraitində yaşayan bir ölkənin gənclərini hərbi xidmətdən yayyındırmaq və onlara yararsız hərbi bilet “satmaq” bunu deməyə əsas verir.

Dosye.org olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovə öz dərin təşəkkürümüzü bildiririk.

DOSYE.ORG












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru