İlham Məmmədovun övladlarının avtomobil kolleksiyası üzə çıxdı: “Mercedes”, “Range Rover”

28-09-2020, 22:53           
İlham Məmmədovun övladlarının avtomobil kolleksiyası üzə çıxdı: “Mercedes”, “Range Rover”
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlanları Nicat və Kənan Məmmədovların avtomobil kolleksiyası var.
"Kommersant.az"-ın xəbərinə görə, bu barədə jurnalist Həbib Müntəzir məlumat verib.

H.Müntəzir qeyd edib ki, 90-LV-800, 90-HL-333, 90-OV-800, 90-OR-800, 99-GE-080 nömrələrlə, Range Rover, Mercedec AMG S65, Mercedec S500, Toyota Camry avtomobilləri var: “Nömrələrdən və “İnstagram” hesablarından görünür ki, ən çox sevdikləri rəqəm 800 rəqəmidir. Mən onların avtomobillərini bir fotoya güclə sığdırdım. İcra başçısının müavinin balaları bu qədər talayırsa, hesablayın hansısa nazir, onun övladları nə hoqqalardan çıxır?! Bu ölkəyə tarakan kimi daraşıb, həşərat kimi gəmirirlər. Sərvət bitmir, göz doymur. Xalq isə 190 manatın möhtacındadır...”

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru