Kərəm Həsənov tərəfindən obyekti əlindən alınan vətəndaş Mehriban xanım Əliyevaya müraciət etdi- İntihar anonsu verdi

26-11-2020, 03:33           
Kərəm Həsənov tərəfindən obyekti əlindən alınan vətəndaş Mehriban xanım Əliyevaya müraciət etdi- İntihar anonsu verdi
Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət məktubu ünvanlayıb. Gülarə Əliyeva şikayət məktubundan bildirib ki, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov tərəfindən nəhəng obyekti əlindən alınıb.

Müraciət müəllifi Gülarə Əliyeva bildirir ki, onun həyat yoldaşı haqsızlığa dözməyərək dünyasını dəyişmişdir. Şikayətçi onu da bildirir ki, Kərəm Həsənov onun ərinin ölümünün qan ləkələrini hələ də əllərində gəzdirir. Müraciət müəllifi Gülarə Əliyeva şikayəti ilə bağlı Birinci vitse-prezidentə Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Həmin MÜRACİƏTDƏ deyilir:

Əziz Mehriban xanım Əliyeva,

İzn verin, Sizi doğmalarınızı və yaxınlarınızı müzəffər Ordumuzun Qarabağ torpaqlarımızı yağı erməni qəsbkarlarından azad etməsi münasibətilə səmimi qəlbdən təbrik edim, Ali Baş Sərkərdəmiz İlham Əliyevə və Sizə bundan sonra da aramsız uğurlar diləyim!

Hörmətli, Mehriban xanım Əliyeva,

Dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edirəm və bildirirəm ki, qapınıza pənah gətirməyimə zərurət yaradan Kərəm Həsənovun haqsızlığına, təqiblərinə, təzyiqlərinə məruz qalmağımızdır.

Məlumat üçün bildirirəm ki, rəhmətlik həyat yoldaşım Abasquliyev Pərviz Əbülfəz oğlu 1985-ci ildə öz halal pulu ilə Bakının Səbail rayonundakı M.Rəsulzadə küçəsi 6 saylı ünvanda yerləşən Bakı Ticarət İdarəçiliyi obyektinin (hazırda Öz Süt adlanan) birinci mərtəbəsini (1000 kvm) zirzəmisini (1200 kvm) və 400 kvm əlavə yardımçı torpaq sahəsini alaraq sənədləşdirmişdi.

Kərəm Həsənov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə sədrlik etdiyi illərdə adıçəkilən nəhəng obyektimizi hiylə yolu ilə əlimizdən alaraq dəyəri milyonlarla ölçülən obyektə görə bizə vur-tut 100.000 /yüz min vermiş və daha sonra milyonlar vəd etmiş lakin bizi aldadaraq həyat yoldaşımın mülkiyyət hüquqlarını pozmuş nəticədə həyat yoldaşım haqsızlığa dözməyərək dünyasını dəyişmişdir.

Həmin obyekt sonradan Kərəm Həsənov tərəfindən Aqil Paşayevin oğlu Mircəlal Paşayevin rəhbərlik etdiyi PMD şirkətinə pay verilmişdir.

Biz bu haqsızlıqla əlaqədar bir sıra qaranlıq məqamlara aydınlıq gətirmək üçün hörmətli ağsaqqalımız Arif Paşayevlə görüşmək istəmişik. Lakin nail ola bilməmişik.

Hörmətli Mehriban xanım Əliyeva,

Bildirməyi vacib hesab edirəm ki, yoldaşımın ölümünün səbəbkarı Kərəm Həsənovdur. Ərimin ölümünün qan ləkələri onun əllərindədir. Kərəm Həsənov bilməlidir ki, cinayətin müddəti olmur. O ya bu cinayətinə görə dövlət qarşısında cavab verəcək ya da Allahın qəzəbinə tuş gələcək.

Heç kimə sirr deyil ki, Kərəm Həsənov bu gün Prezident Administrasiyasında işləsə də, sədri olduğu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin işlərinə yenə də ağsaqqallıq edir, prezidentin yanında oturub, onun əli ilə çörək yeyir, lakin onun siyasi kursuna müqavimət göstərir, ölkədə sosial gərginlik yaratmağa çalışır, narazıların sayını artırır.

Əzizim Mehriban xanım Əliyeva,

Sizin dəst xəttiniz çoxdan bəllidir. Siz həmişə tərəfsizin tərəfində, kimsəsizin kimsəsi olmusunuz. Dəstəyinizlə çox ağır xəstələr şəfa tapıb, çox-çox qaranlıq məqamlara aydınlıq gətirilib. Ədalətli mövqeyiniz Sizə həmişə ucalıq gətirib, Sizi xalqın sevimlisi edib. Güman edirəm ki, heç kimdən əsirgəmədiyinizi məndən də əsirgəməyəcəksiniz.

Mənim acınacaqlı vəziyyətimi nəzərə almağınızı səmimi qəlbdən xahiş edirəm. Mən əslən Bakılıyam amma kirayəşin yaşayıram və kirayə haqqını güc-bəla ilə verirəm. Kərəm Həsənov isə Cəlilabaddan 10 ildir Bakıya gəlib villalarının, obyektlərinin və gəlirli sahələrinin sayı hesabı yoxdur.

Mehriban xanım, mən Sizə inanıram və Sizdən müsbət cavab gözləyirəm.

Ən sonda Sizi səmimiyyətimə inandırıram ki, Sizdən də ümidim üzülsə bütün cavabdehliyə Kərəm Həsənov cavab verməklə Prezident Administrasiyasının qarşısında intihar edəcəyəm, bu mütləqdir.

Vurğulamaq yerinə düşər ki, obyektin bu günkü real dəyəri Kərəm Həsənov tərəfindən ödənilənə qədər silsilə yazı aksiyaları davam edəcək.

Xalqımızın xoşbəxt gələcəyi və respublikamızın daha da tərəqqisi naminə Ulu Yaradanımız Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin – Amin!

Səmimi hörmətlə: Gülarə Əliyeva”


P.S. Qarşı tərəf kimi adları çəkilən şəxslərində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.MillətinSəsi.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.