Beyləqanda Böyük şair Nəsimiyə sayğısızlıq... - FOTO

20-01-2021, 20:04           
Beyləqanda Böyük şair Nəsimiyə sayğısızlıq... - FOTO
Bura hansısa işğaldan azad olmuş və dağıdılaraq yerlə yeksan olunaraq xarabalığa çevirilmiş şəhərlərimiz deyil. Bura Beyləqan rayonudur. Hansı ki, bu rayonun adı 44 günlük Vətən Savaşında ən çox şəhid verən rayonlar sırasında yer alıb.
Şəkildə gördüyünüz bu yol Beyləqan rayonunun magistral küçəsidir. Hansı ki, rayonun mərkəzinə uzanan yoldur.
Məhz bu plakatda (lövhə) həmin yolun kənarıda quraşdırılıb və üzərində Böyük Azərbaycan şairi, mütəfəkkir İmaməddin Nəsiminin böyük fonda əks olunan rəsmi (fotosu) asılıb.
Əsas məsələyə keçid almazdan əvvəl qeyd etmək vacibdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019-cu ildə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 – 1417) 650 illik yubileyi qeyd edilmişdir. Və həmin lövhə də məhz Beyləqan rayon icra hakimiyyəti tərəfindən Nəsiminin 650 illik yubileyi təntənəsi ilə əraziyə basdırılıb və üzrinə də Nəsiminin rəsmi yapışdırılıb. Onu da qeyd edək ki, həmin əraziyə çoxsayda ağaclar əkilərək park salınıb və həmin parkada İmaməddin Nəsiminin adı verilib. Bunu Beyləqanlılar da təsdiq edər ki, hazırda həmin park “Nəsimi Parkı” kimi tanınır.
İndi gəlin dövrünün görkəmli mütəfəkkiri olmuş, böyük şairi İmaməddin Nəsiminin parkın girişində asılmış rəsmi ilə tanış olaq. Daha doğrusu, onun rəsminin hansı vəziyyətə düşməsinə nəzər yetirək.
RealMedia.az xəbər verir ki, bu gün Nəsiminin adına daşıyan parkda lövhədən asılmış rəsmin cırılıb, biabırçı hala düşüb. Və bu üzun müddətdir ki, belədir. Buna hər kəs şahiddir. Məsələ ondadır ki, şairin fotosunun təhqiramiz fonda olmasını hər kəs gördüyü kimi icra hakimiyyətidə görür. Bəs yaxşı, onda yerli icra hakimiyyəti orqanı niyə bu rüsvayçılığı aradan qaldırmır? Bu hansı səbəbdən baş verirsə versin, icra hakimiyyəti bunu tez bir zamanda aradan qaldımalı idi. Görünən odur ki, qaldırmayıb. Onda icra başçısını bu rayona nə üçün təyin edib ölkə Prezidenti? Kabinetdə oturmaq üçünmü, yoxsa rahat və bahalı avtomobildə oturub gəzmək, kef çəkmək üçünmü? Yox, əgər belə deyilsə, onda icra başçısı və əlaqədar təşkilatlar hara baxırlar? Bu, onların işi deyilmi? Hansı ki, gün ərzidə icra başçısı və icra hakimiyyətinin digər məsul şəxsləri gün ərzində bahalı avtomobilləri ilə bu yolu bir neçə dəfə o başa, bu başa keçirlər. Görmürlərmi, bu biabırçılığı? Əlbəttə ki, görürlər. Nə üçün bu günə qədər Azərbaycan şairi, mütəfəkkir İmaməddin Nəsiminin rəsmi bu cür biabırçı formada lövhədən asılı qalmalıdır? Yenisini asmırsınızsa, heç olmasa bu formada da saxlamayın. Bunun özü şairin ruhuna, yaradıcılığına təhqirdir. Budurmu, şairə, yazıçıya olan sayğınız?
İndi buna nə ad verək? Düzü deyim ki, mən buna bir ad tapıb deyə bilmirəm. Buraxıram oxucuların və aidiyyəti orqanların ixtiyarına.
Bəlkə də icra hakimiyyəti bunun nə qədər ciddi olduğunun fövqünə varmır. Bəlkə də anlayır, sadəcə olaraq “əşi, boş şeydir” deyib göz yumur bilmirəm. Bildiyim bir tək o var ki, icra hakimiyyəti bunun ciddiliyini anlamalı və dərhal da bu biabırçılığa son qoymalıdır.
P.S. İmadəddin Nəsimi Azərbaycanın şairi, dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Nəsiminin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm bir mərhələdir.
Şairin sağlığında əsərləri Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılmışdı. Nəsimi sadəcə Azərbaycan ədəbiyyatına deyil, 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərmişdir. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.