Kəmaləddin Heydarovun qardaşı Səməd Heydərov barədə şok iddia - 200 000 dollarımı atıb... !

25-01-2021, 00:37           
Kəmaləddin Heydarovun qardaşı Səməd Heydərov barədə şok iddia -
2014– cü ildə qardas Türkiyə respublikasının vətəndaşı dostum mənə bildirdi ki,Vergi mənə qanunsuz cərimə yazıb,mənə köməklik elə bu qanunsuz cəriməni sildirək!

Mən yaxından tanıdığım şəxs Səməd Heydarova bu barədə bildirdim.O, mənə dedi ki,200 min dollar gətirsin mən həmin vergi borclarıni sildirim.Daha sonra həmin dostumla birlikdə Səməd Heydərova 200 min dollar verdik.Üzərindən 10 gün keçəndən sonra Səməd Heydarov həmin dostumun Vergi borcunu sildirə bilmədi və fərqli bəhanələr gətirərək ödədiymiz pulu geri qaytarmaqdan boyun qaçırdı.Mən öz mülküyyətimi sataraq dostumun pulunu geri qaytardım.

Bu barədə neçə ildir mənə gah dedi ki, veziyyətim yaxşı deyil biraz gözlə verəcəm,gahda fərqli bəhanələr gətirdi.

Sonuncu dəfə döyüşlər başlamadan öncə Səməd Heydarovla danışanda məni ölümlə hədəliyərək "sən bilmirsən mən nəyə qadirəm əl çək məndən" deyərək məndən gizlənir! Mən bu barədə onun yaxın ətrafına məlumat versəmdə indiyədək hələki müsbət nəticəsi olmayıb.

Ən qısa vaxtda daha ətraflı videomusahibə verəcəm,İndiyə qədər dözməyimin bir səbəbi varsa eyni bölgədən olmağımızdan irəli gəlib, Lakin bu son həddir,bunu başa düşməyən varsa eyni münasibətidə mən onlara göstərəcəm. Növbəti həftə bu haqda daha geniş müsahibədə, digər faktların üstünü açacağam. O zaman törədilən cinayət faktları və ört-basdır edilən məsələrin, hamı şahidi olacaq!
Veli Veliyev
\xeberfakt.az
Teref.az olaraq yuxarıda irəli sürülən ittihamlarla bağlı adları çəkilən şəxslərin mövqeyini işıqlandlrmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.