İCRA BAŞÇISININ OĞLU XANIM MÜĞƏNNIYƏ 120 MIN DOLLARA “PORSCHE” ALDI – İDDİA

26-01-2021, 12:28           
İCRA BAŞÇISININ OĞLU XANIM MÜĞƏNNIYƏ 120 MIN DOLLARA “PORSCHE” ALDI – İDDİA
Azərbaycan məmurlarının dövlətdən, xalqdan oğurladıqları milyonları öz şəxsi işləri, biznesləri, kef məclislərinə xərcləmələri ilə bağlı mətbuatda çoxsaylı məlumatlar zaman-zaman dərc olunur. Bu məsələdə daha çox yerli icra orqanlarının rəhbərlərinin övladları daha çox gündəmə gəlir.

Teref.az xeberfakt.az-a istinadən yazır ki, Sosial şəbəkədə yayılan məlumata görə Lənkəran rayon icra başçısı Taleh Qaraşovun oğlu Vüsal Qaraşov məşhur gənc müğənni xanıma ad gününə hədiyyə olaraq 120 min dollara “Porsche” markalı avtomobil alması ilə bağlı xəbər yayılıb.

Həmin xəbərdə iddia edilir ki, icra başçısının oğlu Vüsal Qaraşov həmin müğənni xanımla çox yaxın isti münasibətlərə malikdir.

İcra başçısının oğlu hətta müğənni xanımla Türkiyəyə və Avropa ölkələrində aylarla istirahətə də olub.

Qeyd edək ki, icra başçısının oğlu Vüsal Qaraşovun 120 min dollara “Porsche” avtomobili aldığı müğənni xanımın adı saytımıza artıq məlumdur. Həmin müğənni xanımın adını müəyyən səbəblərdən çəkmirik… Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

P.S. Fikrimizcə bu pullar Qazilərə, Şəhid aiələrinə xərclənsəydi daha faydalı və savab olardı.( araz.az)














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.