Şəhid atası Prezidentə mraciət etdi:"Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi və şəhidlər xiyabanı ilə maraqlanmayıb." VİDEO

28-01-2021, 08:18           
Şəhid atası Prezidentə mraciət etdi:"Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi və şəhidlər xiyabanı ilə maraqlanmayıb." VİDEO
Teref.az xəbər verir ki, Göyçay rayonunundan şəhid atası Şirinov Bağır Eldar oğlu İcra başçısı Mehdi Səlimzadənin şəhid məzarlarına və şəhid ailələrinə biganəliyindən ölkə başçısına şikayət edir.Şikayəti təqdim edirik:
Göyçay rayonu Çərəkə kənd sakini şəhid atası Şirinov Bağır Eldar oğlu tərəfindən
ŞİKAYƏT
Mənim oğlum Eldar Bağırov Vətən müharibəsində 6 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub.Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə polkovnik leytenant Orxan Əkbərov, Elnur adlı mayor, gizir Sübhan Abduraxmanov, Şakir adlı MAXE, gizir Hüseyn Qasımov və mənim oğlum Eldar ermənilərlə bir neçə saat döyüşüb mühasirəni yarıb özləri şəhid olmaqla 70 dən çox hərbiçimizin sağ qalmasına nail olublar.Eldar ailənin tək oğlu idi.
Oğlum dəfn edildiyi Çərəkə kənd Şəhidlər Xiyabanı çox baxımsız bərbad gündə idi.Şəhidliyiə görə aldığımız 11.000 manat sığorta pulunu mən şəhidlər xiyabanının abadlaşdılmasına xərcləmişəm.Oraya işıq dirəyi qoyub böyük projektorlu işıq çəkdirmişəm, 32 metr hündürlüyündə bayraq dirəyi quraşdırmışam, şəhidlər üçün lövhə yerləşdirmişəm, ancaq rənglənib təmir edilməlidir.Kol-kos basmış parkı təmizlətdirib ağaclarını budayıb ətəyini rəngləmişəm.Hazırda isə arzum orada şəhidlər bulağı inşa etdirməkdir.
Ancaq Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi ilə şəhidlər xiyabanı ilə maraqlanmayıb.Heç bir köməklik göstərməyib onun bu laqeyidliyi mənə çox pis təsir göstərir.Eşıtmişəm digər yerlərdə şəhidin məzarının düzəldilməsi üçün icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 1500 manat pul verilir ancaq Göyçay icra başçısı 500 manat pul vermişdir.Mən şəhid oğlumun nəzarının düzəldilməsinə 1900 manat pul xərcləmişəm.
İcra başçısı Çərəkə kənd şəhidlər xiyabanına su çəkilməsinə nə razılıq vermir nədə ki, köməklik göstərmək istəmir.Hələ Şəhidlər Xiyabanının girişi və yan tərəfi çox bərbad gündədir.
Yuxarıda qeyd etdiyim kimi mənim oğlum Eldar əsgər olsada 5 nəfər zabitlə birlikdə bir neçə saat erməni hərbiçiləri ilə vuruşub mühasirədə olan 70 nəfərdən çox əsgərimizi xilas etməklə özləri qəhrəmancasına şəhid olublar.Bunu sağ qalmış hərbiçilər mənə danışanda qürur duyuram fəxr edirəm ki, belə bir qəhrəman oğlun atasıyam.
Ancaq ona pis oluram ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də olsun şəhid ailəsi və şəhidlər xiyabanı ilə maraqlanmayıb.
Biz şəhid ailəsi olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik şəhid ailəsinə laqeydlik göstərən şəhidlər xiyabanını baxımsız qoyan icra başçıs barədə tədbir görəsiniz və oğlumuz Eldarın qəhrəmancasına şəhid olmasını araşdırıb ona layiq olduğu adı verəsiniz.




















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.